Bakıda bayram süfrəsi neçəyə başa gələcək? - QİYMƏTLƏR

Orta büdcəli ailə üçün süfrə

Yeni İlin gəlişinə bir neçə gün qalır. Hamı istəyir ki, bayram sadəcə şən yox, həm də bol bəzədilmiş süfrə arxasında keçsin. Amma bu bayramı evdə, ailənizlə birlikdə qeyd etmək qərarına gəlmisinizsə, “Yeni İl” menyusunu diqqətlə nəzərdən keçirməyiniz mələhətdir. Çünki məhsulların qiymətləri hər il dəyişir. Bu halda qənaət və ya nədənsə imtina etmək mütləq olur.  

Bakucity.az Yeni İli yaxşıca qeyd etməkdən ötrü Bakı sakinlərinə bayram masalarını bəzəmək üçün təxminən nə qədər pulun lazım olduğunu araşdırıb. Materialımızı təqdim edirik. 

Alınacaq məhsulların siyahısı

Qiymətləndirmə üçün biz orta büdcəyə malik ailənin ənənəvi bayram masasını bəzəyən Yeni İl menyusunu hazırladıq. 

Məsələn, dörd nəfərdən ibarət bir ailəni götürək. Bayram masasını bəzəmək üçün ilk olaraq biz “paytaxt salatı”, “şuba”, dil, pendir, kolbasa dilimləri və qırmızı kürülü sendviç hazırlamağı qərara aldıq.

Disert üçün isə portağal, mandarin, banan, alma və bayram tortu seçdik.

Əsas yeməklər

Mağazadan aşağıdakı məhsulların da alınması lazım idi: ət, balıq, yumurta, tərəvəz, meyvə, düyü, noxud, içkilər və qənnadı məmulatları.

Plov və salatların hazırlanması üçün ortalama 48,72 manat xərcləmək lazım gəldi. 

Aldığımız kolbasa və pendir Rusiya istehsalıdır. Bu isə bizə 42 manata başa gəlib. 1 dana dilinə isə 7 manat verdik. Hazır dil də ala bilərdik, amma bu daha baha - 25 manata olacaqdı. Soyuq qəlyanaltımız olan sendviçi hazırlamaq 29 manata başa gəldi. 

Təbii ki, bayram masası kababsız olmaz. Bunun üçün isə biz quzu əti, qaraciyər və toyuq seçmək qərarına gəldik. Əgər əti özünüz bişirirsinizsə, 12 paylıq kabab üçün hər birindən 1 kq alsanız, bu sizə təxminən 20-25 manata başa gələcək. Yaxud lazım olan məhsulları alıb hər hansı bir kafedə və ya restoranda da hazırlada da bilərsiniz. Bu halda xərciniz 60-70 manat olacaq.

İçkilərdən üç növ təbii şirə və 2 şüşə kompot bizə kifayət etdi. Bu alış-veriş də 9.07 manata başa gəldi.

Şirniyyat menyusu

Bu gün demək olar hər super-marketdə gözəl və müxtəlif növdə tortlar satılır. Ancaq bu tortlar alıcıların istəklərinə həmişə cavab vermir, həm də onlar köhnə ola bilərlər. Lakin belə bir bayramı qeyd etmək üçün tortu xüsusi ixtisaslaşmış şirniyyat mağazasından sifariş etməyə dəyər. Bu bir az bahalı ola bilər, ancaq münasib qiymətə seçim etmək də mümkündür.

“Bon Appetit” məşhur şirniyyat məmulatları mağazasını götürək.  Burada bir kiloqramlıq tort 17-20 manata başa gəlir. 

Süfrəmizdə yer alan meyvələr üçün isə 5,87 xərclədik.

Xülasə

Ümumilikdə hazırladığımız bayram masası 183,66 AZN təşkil edir. Biz xüsusi, həddən artıq sui-istifadəyə yol vermədik, bunlar kiçik bir ailə üçün nəzərdə tutulan ümumi məhsullar idi və buna görə də bayram süfrəsi minimum büdcəyə başa gəldi. Əlbəttə, lüks bir masa daha bahalı olardı, lakin araşdırmalarımız göstərir ki, Yeni İldə bu məhsullarla gözəl bayram masası qurmaq mümkündür.

Sonda məhsulları və qiymət cədvəlini təqdim edirik:

Ərzaqlar

Qiymətlər

Mal əti

11 manat

Quzu əti

12 manat

Toyuq

4,20 manat

Qaraciyər

9 manat

Dil

7 manat

Kartof

1 manat

Xiyar

8,80 manat

Pomidor

2,65 manat

Kök

1,45 manat

Turp

0,75 manat

Balıq

8,10 manat

İkra

29 manat

Yumurta

2,35 manat

Düyü

3.5manat

Mayanez

2,09 manat

Smetan

2,47 manat

Noxud

2,95 manat

“Doktorskaya” kolbasa

20 manat

Hisə verilmiş kolbasa

11 manat

Pendir

11 manat

Portağal

2,19 manat

Mandarin

1,49 manat

Alma

2,19 manat

Banan

4 manat

Tort

17 manat

İçkilər

1,34 manat

Bakucity.az

yeni İl
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Be the first to rate
(0 ratings)
Hələ heç kəs qiymətləndirməyib
Hələ heç kim məsləhət bilməyib
Log in ,
to rate and recommend

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
Məqsəd yaşı 60-dan yuxarı olan pensiyaçılara kömək etməkdir Bakıda kasıblara pulsuz xörək verən məkan varmış. Deyirlər, hələ 5-6 nəfər də götürə bilərik. Bu xeyirxah işlə Yəhudi Qadınlarının Azərbaycan Assosiasiyası məşğuldur. BakuCity.az "Azadlıq" radiosuna istinadən məlumat verir ki, mərkəz 27 ildir, fəaliyyət göstərir. Bu mərkəzdə əsasən könüllülər çalışır. Pulsuz yeməkdən yararlananlar isə əsasən rusdillilərdir. Lakin milli ayrı-seçkilik yoxdur. Buraya...
Cəmiyyət
Həmin şəxsin vəziyyəti qənaətbəxşdir Gürcüstanda koronavirusa ilk yoluxma halının təsdiq olunduğu şəxs həmin ölkənin azərbaycanlı vətəndaşıdır. BakuCity.az xəbər verir ki, bu barədə məlumatı Tbilisi Yoluxucu Xəstəliklər Xəstəxanasından və Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən “Report”a təsdiqləyiblər. Xəstəxanadan hazırda 50 yaşlı həmin şəxsin vəziyyətinin qənaətbəxş olduğu bildirilib. Qeyd edək ki, qonşu ölkədə koronavirusa yoluxma h...
Cəmiyyət
Sərnişinlər təxliyə olunur Bakı metrosunda 3 stansiyanın fəaliyyəti dayanıb. Bu barədə BakuCity.az-a "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib. Həmçinin oxu: Bakıda işıqlar söndü, işıqforlar işləmir O qeyd edib ki, bu gün saat 15:48-də Bakı Metropoliteninə gələn elektrik xəttində elektrik cərəyanının verilməsində qısamüddətli fasilə yaranıb: "Bütün xətlər üzrə elektrik cərəyanı bərpa edilsə də, yalnız "Həzi Aslanov" -...
Cəmiyyət
Problem aradan qaldırılır Bakının bir hissəsinin elektrik enerjisi ilə təchizatında problem yaranıb. "Azərişıq” ASC-dən BakuCity.az-a verilən məlumata görə, fasiləyə səbəb yarımstansiyalardan birində yaranan nasazlıqdır. Hazırda problemin aradan qaldırılması istiqamətində iş görülür. Məlumata görə, paytaxtın bəzi yerlərində, əsasən Nizami və Xətai rayonlarında elektrik enerjisinin verilişində fasilə yaranıb. Bakı Nəqliyyat Agentliyindən isə bildirilib ki,...
Cəmiyyət
"İnsan həmişə nəyəsə səy göstərməlidir" “Öz hekayəni danış” rubrikası çərçivəsində BakuCity.az saytının bugünkü qonağı “High Boost” restoranının baş aşpazı Rüfət Əliyarovdır. - Kulinariya sahəsində təhsiliniz barədə ətraflı danışmağınızı istərdik. Bildiyimizə görə, əvvəlcə tamamilə başqa işlə məşğul olmaq istəmisiniz.  - Düzünü desəm, diplomat olmaq arzusunda idim. Bu mənim təbiətimdə var: psixologiyanı uzun müddət araşdırmışam, insanlarla necə ünsiyyət qu...
Hakimiyyət
Sərəncam imzalandığı gündən qüvvəyə minir Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin bir sıra ali zabitlərinin həqiqi hərbi xidmətdən istefaya buraxılması haqqında sərəncam imzalayıb. BakuCity.az-ın məlumatına görə, sərəncamda qeyd olunur ki, aşağıdakı ali zabitlər hərbi geyim formasını daşımaq hüququ verilməklə Azərbaycan Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdən istefaya buraxılsınlar: general-leytenant Cəbrayılov Asif Mikayıl oğlugeneral-leytenan...
Ekologiya
Səhər zəif duman olacaq Bakıda sabaha gözlənilən hava şəraiti açıqlanıb.  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən BakuCity.az-a verilən məlumata görə, fevralda 28-də paytaxtda havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi arabir güclənəcək. Havanın temperaturu gecə 5-7, gündüz 11-13 dərəcə isti olacaq. Atmosfer t...
Cəmiyyət
Onunla təmasda olan əməkdaşlar da müşahidə altına alınıb İrandan gəlib Azərbaycandan tranzit keçməklə Gürcüstana gedən həmin ölkənin vətəndaşı fevralın 25-i saat 06:50-də Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük-keçid məntəqəsi vasitəsilə ölkə ərazisinə gəlib və təlimata uyğun şəkildə inzibati binaya daxil olmadan və binanın içərisində portativ termometrlərlə, daha sonra isə stasionar termovizorla yoxlanılıb. Dövlət Gömrük Komitəsindən BakuCity.az-a...
Cəmiyyət
Reyslər martın 14-dən həyata keçiriləcək  "Türk Hava Yolları" Azərbaycanın Naxçıvan Muxtar Respublikasına uçuşları dayandırıb. BakuCity.az-ın məlumatına görə, bu barədə aviaşirkətin İdarə Heyətinin sədri İlker Aycı deyib. O bildirib ki, koronavirus təhlükəsi ilə əlaqədar bir sıra reyslər təxirə salınıb, məsələn, Seula uçuşların sayı azaldılıb, Naxçıvana isə müvəqqəti dayandırılıb. Heydər Əliyev Beynəlxalq Aeroportundan verilən məlumata görə, "Türk Hava Yol...