Bakıda Yeni İlin ən böyük festivalı keçiriləcək

Bakıda Yeni İlin ən böyük festivalı keçiriləcək

Festival çərçivəsində milli çempionat da keçiriləcək

Bakucity.az xəbər verir ki, 11-13 yanvar 2019-cu ildə Yeni İlin çoxdan gözlənilən böyük tədbirlərindən biri "Baku Coffee & Tea Festival" Nigar Rəfibəyli 12/14 ünvanında yerləşən “Passage 1901” istirahət və ticarət kompleksində keçiriləcək. 

3 günlük festival çərçivəsində paytaxtın bütün çay və qəhvə peşəkarları bir araya gələcək. Əsas məqsəd isə çay və qəhvə sənayesinin, biznesin inkişafı üçün keyfiyyətli fürsətlərin yaradılması, perspektivli əməkdaşlıq və təcrübə mübadiləsi qazanmaqdır. 

Tədbir iştirakçılarını qəhvə və çay istehsalı, həmçinin idxalı ilə məşğul olan şirkətlərin sərgisi; aksesuarlar və avadanlıqlar,  aparıcı mütəxəssislər tərəfindən keçirilən seminar və master-klasslar, barista arasında milli çempionatlar, qonaqlar üçün “brew” bar, istirahət, qida zonaları, uşaq əyləncə məkanı və s. maraqlı məqamlar gözləyir. 

Festival çərçivəsində və Beynəlxalq Qəhvə birliyinin dəstəyi ilə ("Specialty Coffee Association") barista arasında milli çempionat da keçiriləcək. Çempionatın qalibi ixtisaslaşmış hakimlərdən ibarət beynəlxalq kollegiya tərəfindən seçilərək Azərbaycanı 2019-cu ilin aprel ayında ABŞ-da keçiriləcək "World Barista Championship" (Klassik Barista Çempionatı) təmsil edəcək.

Tədbirdə qonaq qismində iştirak ödənişsizdir.

Bakucity.az 

"Baku Coffee & Tea Festival"
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər