Bakıda bu məktəbdə Mikayıl Müşfiqin abidəsi ucaldılıb - FOTO

Bakıda bu məktəbdə Mikayıl Müşfiqin abidəsi ucaldılıb - FOTO

Mikayıl Müşfiqin anadan olmasının 110 illiyi qeyd olunub.

Bakucity.az xəbər verir ki, paytaxtdakı 18 nömrəli tam orta məktəbdə görkəmli şair Mikayıl Müşfiqin abidəsinin və xatirə lövhəsinin açılış mərasimi olub. 

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə Təhsil nazirinin müavini, idarənin müdiri vəzifələrini icra edən Məhəbbət Vəliyeva, Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, idarənin struktur bölmə rəhbərləri Cabir Novruz, Mədəniyyət Fondunun nümayəndələri, şairin yaxınları, məktəb direktorları, müəllim və şagirdlər iştirak ediblər.

Tədbirdə şagirdlər ədəbi-bədii kompozisiyalar nümayiş etdirib, şairin şeirlərindən parçalar söyləyib və mahnılar ifa ediblər.

Bakıda bu məktəbdə Mikayıl Müşfiqin abidəsi ucaldılıb - FOTO, fotoşəkil-1 Bakıda bu məktəbdə Mikayıl Müşfiqin abidəsi ucaldılıb - FOTO, fotoşəkil-2 Bakıda bu məktəbdə Mikayıl Müşfiqin abidəsi ucaldılıb - FOTO, fotoşəkil-3 Bakıda bu məktəbdə Mikayıl Müşfiqin abidəsi ucaldılıb - FOTO, fotoşəkil-4 Bakıda bu məktəbdə Mikayıl Müşfiqin abidəsi ucaldılıb - FOTO, fotoşəkil-5 Bakıda bu məktəbdə Mikayıl Müşfiqin abidəsi ucaldılıb - FOTO, fotoşəkil-6

Bakucity.az

Mikayıl Müşviq
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər