Bakıda Muğam Mərkəzinin 10 illiyi qeyd olunub - FOTO/VİDEO

Bakıda Muğam Mərkəzinin 10 illiyi qeyd olunub - FOTO/VİDEO

Kompleksin açılışı 2008-ci il dekabrın 27-də keçirilib.

Bakucity.az xəbər verir ki, dekabrın 27-də Beynəlxalq Muğam Mərkəzinin fəaliyyətə başlamasının 10 illiyi münasibətilə tədbir keçirilib. 

Tədbirdə Mədəniyyət naziri Əbülfəz Qarayev, Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev, Səbail rayon İcra Hakimiyyətinin başçısı Vüqar Zeynalov, mədəniyyət və incəsənət nümayəndələri iştirak ediblər.

Qonaqlar əvvəlcə mərkəzin foyesində qədim musiqi alətləri ekspozisiyası və muğam sənəti ilə bağlı kitab sərgisi ilə tanış olublar. Mərkəzin foyesində “Əsrlərin sədası” ansamblı çıxış edib.  

Nazir Əbülfəs Qarayev dövlətimizin həm ölkə daxilində, həm də xaricdə muğamın təbliğinə böyük diqqət yetirdiyini vurğulayıb.

Son illər muğamın ölkəmizin hüdudlarından kənarda da şöhrət tapdığını deyən Ə.Qarayev muğam sənətinin UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilməsində Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın böyük zəhməti olduğunu vurğulayıb.  

Tədbirdə Azərbaycanın əməkdar artistləri Ehtiram Hüseynov, Babək Niftəliyev, Səbuhi İbayev, Kamilə Nəbiyeva, Səbina Ərəbli və Arzu Əliyevanın təqdimatında konsert proqramı olub.

Bakıda Muğam Mərkəzinin 10 illiyi qeyd olunub - FOTO/VİDEO, fotoşəkil-1 Bakıda Muğam Mərkəzinin 10 illiyi qeyd olunub - FOTO/VİDEO, fotoşəkil-2 Bakıda Muğam Mərkəzinin 10 illiyi qeyd olunub - FOTO/VİDEO, fotoşəkil-3 Bakıda Muğam Mərkəzinin 10 illiyi qeyd olunub - FOTO/VİDEO, fotoşəkil-4 Bakıda Muğam Mərkəzinin 10 illiyi qeyd olunub - FOTO/VİDEO, fotoşəkil-5 Bakıda Muğam Mərkəzinin 10 illiyi qeyd olunub - FOTO/VİDEO, fotoşəkil-6 Bakıda Muğam Mərkəzinin 10 illiyi qeyd olunub - FOTO/VİDEO, fotoşəkil-7 Bakıda Muğam Mərkəzinin 10 illiyi qeyd olunub - FOTO/VİDEO, fotoşəkil-8 Bakıda Muğam Mərkəzinin 10 illiyi qeyd olunub - FOTO/VİDEO, fotoşəkil-9 Bakıda Muğam Mərkəzinin 10 illiyi qeyd olunub - FOTO/VİDEO, fotoşəkil-10 Bakıda Muğam Mərkəzinin 10 illiyi qeyd olunub - FOTO/VİDEO, fotoşəkil-11 Bakıda Muğam Mərkəzinin 10 illiyi qeyd olunub - FOTO/VİDEO, fotoşəkil-12 Bakıda Muğam Mərkəzinin 10 illiyi qeyd olunub - FOTO/VİDEO, fotoşəkil-13 Bakıda Muğam Mərkəzinin 10 illiyi qeyd olunub - FOTO/VİDEO, fotoşəkil-14 Bakıda Muğam Mərkəzinin 10 illiyi qeyd olunub - FOTO/VİDEO, fotoşəkil-15

Hazırladı: Cəmilə Amirova

Xüsusi olaraq Bakucity.az üçün

Muğam Mərkəzi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər