Paytaxtda “Kənddən Şəhərə” yarmarkası fəaliyyətə başladı - VİDEO

Paytaxtda “Kənddən Şəhərə” yarmarkası fəaliyyətə başladı - VİDEO, Javid

Yarmarkada ölkənin bütün bölgələrindən fermerlər cəlb edilib

Bakucity.az xəbər verir ki, paytaxtın Nizami küçəsi 154 ünvanında “Kənddən Şəhərə” adlı yarmarka fəaliyyətə başlayıb.

Dövlət Aqrar Ticarət Şirkətinin mətbuat xidmətinin rəhbəri Mayis Musayevin sözlərinə görə, Kənd Təsərrüfatı Nazirliyinin təşkil etdiyi yarmarkada ölkənin bütün bölgələrindən fermerlər cəlb edilib. 

Yarmarkada baldan tutmuş pendirə qədər hər növ kənd məhsuluna rast gəlmək olar. Qiymətlər də sərfəlidir.

Bayramda daha çox alınan quru meyvələr də paytaxt bazarlarından aşağı qiymətə təklif olunur. Mal ətinin kilosu 9 manat, hinduşkanın kilosu isə 12 manat 50 qəpikdən satılır.

Yarmarkaya gələn müştərilər də buradakı qiymətlərdən və buradakı şəraitdən məmnun olduqlarını bildirirlər.

Xatırladaq ki, yarmarka 30 dekabr tarixinə qədər fəaliyyət göstərəcək. (Oxu.az)

Bakucity.az

“Kənddən Şəhərə”
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər