Bakıda "İlin axırıncı gecəsi" keçirildi – FOTO

Bakıda "İlin axırıncı gecəsi" keçirildi – FOTO

Tamaşa yazıçı Anarın 80 illik yubileyinə həsr olunub.

Bakucity.az xəbər verir ki, dekabrın 27-də görkəmli yazıçı Anarın "Ötən ilin son gecəsi" əsərinə səhnələşdirilmiş tamaşanın premyerası Gənc Tamaşaçılar Teatrında keçirilib.

Gənc Tamaşaçılar Teatrının dəstəyi ilə ərsəyə gələn səhnə əsərində Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri rol alıblar. 

Tamaşanın quruluşçu rejissoru Xalq artisti Ramiz Həsənoğlu, quruluşçu rəssamı Mustafa Mustafayev, prodüseri isə Pərvin Nurəliyevadir. 

Əsər Gən Tamaşaçılar Teatrında ilk dəfə 1968-ci ildə səhnə həyatı yaşayıb.

Təqdimat mərasimində iştirak edənlər arasında Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, xalq şairi və yazıçı Fikrət Qoca, "525-ci" qəzetinin baş redaktoru Rəşad Məcid, Azərbaycan Pedaqoji Universitetinin rektoru, professor Rəhim Cəfərov, elm adamları, dövlət qurumlarının nümayəndələri, görkəmli mədəniyyət və incəsənət xadimləri iştirak ediblər.

Xalq yazıçısı Anar çıxışında qeyd edib ki, bu tamaşa onun 80 illik yubileyinə gözəl hədiyyədir. O, tamaşanın hazırlanmasına görə Ramiz Həsənoğluna, Pərvin Nurəliyevaya və tələbələrə dərindən təşəkkür edib.

Rejissor Ramiz Həsənoğlu çıxışında bildirib ki, gənclərlə işləmək ona stimul verir. Rejissor universitetin tələbələrinin tamaşanın hazırlanması ilə bağlı onlara bəslənilən inamı layiqincə doğrultduqlarını vurğulayıb.

Pərvin Nurəliyevaya çıxış edərək tamaşanın hazırlanması üçün göstərilən dəstəyə görə ADPU-in rəhbərliyinə, həmçinin bu işdə əməyi keçən hər kəsə təşəkkür edib.

Sonda rektor Cəfər Cəfərov təşəkkürnamələri təqdim edib, xatirə şəklləri çəkdirilib.

Bakıda "İlin axırıncı gecəsi" keçirildi – FOTO, fotoşəkil-1 Bakıda "İlin axırıncı gecəsi" keçirildi – FOTO, fotoşəkil-2 Bakıda "İlin axırıncı gecəsi" keçirildi – FOTO, fotoşəkil-3 Bakıda "İlin axırıncı gecəsi" keçirildi – FOTO, fotoşəkil-4 Bakıda "İlin axırıncı gecəsi" keçirildi – FOTO, fotoşəkil-5 Bakıda "İlin axırıncı gecəsi" keçirildi – FOTO, fotoşəkil-6

Hazırladı: Cəmilə Amirova

Xüsusi olaraq Bakucity.az üçün

Yazıçı Anar
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər