“Bakı əziz şəhər” start götürür

“Bakı əziz şəhər” start götürür

Konsert Dünya azərbaycanlılarının həmrəylik günü və Yeni il münasibəti ilə təşkil olunub.

Bakucity.az xəbər verir ki, Azərbaycan Televiziyasının “Mədəniyyət” kanalı Dənizkənarı Bulvar İdarəsi ilə birgə “Bakı əziz şəhər” adlı yeni layihəyə dekabrın 29-da start veriləcək. Kanalın direktoru Ramil Qasımov bildirib: 

“Dənizkənarı Milli Bulvar İdarəsi ilə düşünülmüş yeni layihə zənnimcə  ölkəmizin mədəni-siyasi həyatında hadisəyə çevriləcək. Layihə çərçivəsində tərtib olunan "Yeni il gəlir" adlı ilk konsert proqramı isə Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibəti ilə təşkil olunub.

Layihənin 29-u tarixində start götürməsi heç  də təsadüfi deyil. 20 il bundan öncə Bulvara verilən milli status məhz bu tarixə təsadüf edir. Bu cür layihələrin təşkili Azərbaycan mədəniyyətinin təbliği və gənc istedadların üzə çıxmasına zəminlik yaradır”, deyə bildirib. 

Bakucity.az

Dənizkənarı Bulvar İdarəsi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər