“Azərsu” Bakıda gücləndirilmiş iş rejiminə keçir

“Azərsu” Bakıda gücləndirilmiş iş rejiminə keçir

Qəza briqadaları və 955 Zəng Mərkəzi 24 saat əhalinin xidmətində olacaq.

Bakucity.az xəbər verir ki, “Azərsu” ASC Dünya Azərbaycanlılarının Həmrəyliyi günü və Yeni il bayramı ilə əlaqədar bayram günlərində paytaxtda gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Bununla əlaqədar səhmdar cəmiyyətinin aparatında və yerli sukanal idarələrində növbətçilik rejimi tətbiq ediləcək. Qəza briqadaları və 955 Zəng Mərkəzi 24 saat əhalinin xidmətində olacaq.

Qurumun İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

İstehlakçılardan xahiş olunur su təchizatı və kanalizasiya xidmətlərində yaranacaq problemlərlə əlaqədar “Azərsu”nun 955 Zəng Mərkəzinə müraciət etsinlər.

Bakucity.az

Azərsu
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər