Bu il Bakıda işə qəbul olunan müəllimlərin sayı açıqlandı

Bu il Bakıda işə qəbul olunan müəllimlərin sayı açıqlandı

Bakıda işə qəbul olunan müəllimlərin və məktəb direktorlarının sayı açıqlanıb.

Bakucity.az xəbər verir ki, Bakı Şəhər Təhsil İdarəsinin tabeliyindəki müəssisələrdə çalışmanın yaş həddinə çatmış 1226 işçidən 651 nəfər ilə dərs ilinin sonunadək müddətli müqavilənin bağlanması məqsədəuyğun hesab edilib.

Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdrəsindən məlumat verilib. 

Həmçinin 2018-2019-cu tədris ili üçün müəllimlərin işə qəbulu müsabiqəsinin müddətli müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmə prosesi nəticəsində 1036 namizəd müddətli müqavilə ilə işə qəbul üçün göndərilib.

Məktəb direktorlarının işə qəbulu üzrə keçirilən müsabiqə nəticəsində BŞTİ-nin tabeliyindəki təhsil müəssisələrinə bu il ərzində 22 nəfər direktor vəzifəsinə işə qəbul edilib. 

Bakucity.az

Bakı Şəhər Təhsil İdarəsi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər