“Azərenerji” və “Azərişıq”paytaxtda gücləndirilmiş rejimdə çalışacaq

“Azərenerji” və “Azərişıq”paytaxtda gücləndirilmiş rejimdə çalışacaq

“Azərenerji” və “Azərişıq” ASC birgə məlumat yayıb

Bakucity.az xəbər verir ki, 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl Bayramı günlərində istehlakçıların fasiləsiz və keyfiyyətli elektrik enerjisi təchizatı ilə əlaqədar “Azərenerji” və “Azərişıq” ASC tərəfindən qabaqlayıcı tədbirlər görülüb.

Məlumatda bildirilib ki, enerjisistemin dayanıqlığı və etibarlığını qorumaq, istehlakçıları fasiləsiz olaraq elektrik enerjisi ilə təmin etmək, baş verə biləcək qəzaların dərhal aradan qaldırırılmasını həyata keçirmək üçün “Azərenerji” və “Azərişıq” ASC-lərin rəhbərliyi tərəfindən müvafiq əmrlər imzalanıb. Əmrlərə əsasən hər iki Səhmdar Cəmiyyətlərin mərkəzi aparatları üzrə məsul şəxslərlərdən ibarət növbətçilik təşkil edilib, eyni zamanda sistem əhəmiyyətli yarımstansiya və stansiyalara birbaşa məsul şəxslər təyin edilib. Yüksək, orta və alçaq gərginlikliüzrə bütün ötürücü və paylayıcı elektrik veriliş xətlərinin təkrar yoxlanılması və nəzarətdə saxlanılması təmin edilib.

““Azərenerji” və “Azərişıq” ASC-nin Rəhbərliyi və kollektivi 31-Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl Bayramı münasibətilə Azərbaycan xalqını təbrik edir, firəvan həyat, işıqlı və uğurlu gələcək arzulayır”, - deyə məlumatda vurğulanıb. 

Bakucity.az

Azərişıq
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər