Bakıda sərnişin avtobusu qəzaya düşdü: yaralılar var

Bakıda sərnişin avtobusu qəzaya düşdü: yaralılar var, Javid

"Bakubus" "28 May"da ağır qəzaya uğrayıb

Bakucity.az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonu ərazisində, metronun "28 May" stansiyasının yaxınlığında baş verib.

"BakuBus" MMC-yə məxsus 21 saylı müntəzəm xətt marşrutu üzrə hərəkətdə olan sərnişin avtobusu "KİA" markalı minik avtomobili ilə toqquşub.

Hadisə nəticəsində avtobusda olan sərnişinlərdən 2-si, "KİA" markalı avtomobildə isə 1-i Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, insident Yeni ilin ilk günü qeydə alınıb.

Bakucity.az

Ağır qəza Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər