Bakı meriyasında daha bir kadr dəyişikliyi edildi

Bakı meriyasında daha bir kadr dəyişikliyi edildi

Eldar Əzizov yeni müdir təyin etdi

Bakucity.az xəbər verir ki, Nərimanov rayon İcra Hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Rəşid Ağayev Bakı şəhər İcra Hakimiyyətinin Əsаslı Tikinti və Təmir Şöbəsinin müdiri vəzifəsinə gətirilib.

Bildirilir ki, Rəşid Ağayevlə Eldar Əzizov illər əvvəl Bakı şəhər Nizami rayon İcra Hakimiyyətində bir yerdə çalışıb. E.Əzizov iş yerini dəyişəndən sonra R.Ağayev Abdin Fərzəliyevin rəhbərliyi

altında daha əvvəl Nizami, sonra isə uzun müddət Nərimanov rayonunda şöbə müdiri kimi çalışıb.

Bakucity.az

Bakı meriyası
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər