Bakılı qızların gözəlliyinin sirri olan krem – ARAŞDIRMA

Paytaxt biliciləri gözəlliyin sirri haqqında danışırlar

Tonal krem - qadın gözəlliyində güclü silahdır. Bakıda əksər qadınların makiyaj dəstində mütləq bu kremdən olur. Amma heç də hər kəs tonal kremin  seçim və istifadə sirlərinə yaxından bələd deyil, ona görə də səhvlərə yol verilir. Bu səhvlərdən qaçmaq isə elə də çətin deyil. Mütəxəssis məsləhəti xətaların aradan qaldırılmasında böyük rol oynayır. Bakucity.az bu barədə yerli peşəkarlarla söhbət aparıb, araşdırmamızı nəzərinizə çatdırırıq.

“Tonal krem almazdan əvvəl onu biləyinizə vurun”

 “Tonal kremin vəzifəsi rəngi və dəri toxumalarını vizual olaraq qismən bərabərləşdiməkdir, - deyə “DARAQ” salonunun  peşəkar vizajisti Sonya Tupçiyeva bildirib: 

“Tonal əsası (kremi)  seçərkən onun rəngini və dərinin xüsusiyyətlərini nəzərə almaq lazımdır. Krem dərinin rəngini təkrar etməlidir. Tonu isə yalnız gün işığında seçmək və yoxlamaq lazımdır. Düzgün seçilməmiş krem dərini örtmür, əksinə, nöqsanları qabardır. Əgər makiyaj vasitəsi dərinizin rəng tonundan tünddürsə,  onda üzünüzdə yorulmuş, qocalmış sifət təəssüratı yaranacaq. Açıq olsa maskanın effekti təmin olunacaq”.

“Tonal kremlər müxtəlif teksturaya və sıxlığa malikdir”

Hansı variantın seçilməsi dərinin vəziyyətindən asılıdır, - deyə  “Sabina” ətriyat-kosmetik  mağazalar şəbəkəsinin meneceri Gülnarə Quliyeva vurğulayıb:

“Yağlı və qarışıq dəri tiplərinə emulsiya vasitəsi uyğun gəlir, onlara donuqluq verir. Quru tipli dəriyə sahib olan şəxslərin isə yağ əsaslı kremlərdən istifadə etməsi daha məqbuldur. Tonal krem yalnız diqqətlə təmizlənmiş və nəmləndirilmiş dəriyə burnun yan sahəsindən yanaq istiqamətinə xüsusi fırça və digər vasitələrdən istifadə edilməklə vurulur. Dəri tipinə münasib olan tonal kremi düzgün seçmək lazımdır”.

“Tonal kremləri istifadə etmək üçün dərini düzgün hazırlamaq vacibdir”

"Dərinin hazırlanmasına axşamdan başlamaq lazımdır”, - “NN-Studio” salonunun kosmetoloqu Elmira Əliyeva Bakucity.az-a açıqlamasında bildirib:

 “Ətraf mühitin çirkli təsirindən və makiyajın qalıqlarından yaxşıca qurtulmaq, yuyub təmizlədikdən sonra isə nəmləndirici krem və dərinin tələb etdiyi digər vasitələri vurmaq lazımdır. Şəxsən mən nəmləndirici kremdən və ya serumdan, eləcə də gözətrafı zona üçün vasitələrdən həmişə istifadə edirəm. Vasitəni çəkdikdən sonra cəmi 1-2 dəqiqə gözləyirəm ki, dəriyə tam hopsun”.

“Tonal vasitələr haqqında bilmək vacibdir”

“İstənilən keyfiyyətli tonal kremdə qoruyucu elementlər var, o, sifəti şaxtadan, küləkfən, toz və günəş şüalarından qoruyur.

Çox vaxt tonal kremə dərini ətraf mühitin zərərli təsirindən himayə edən bitki ekstraktları və nəmləndirən komponentlər də əlavə edirlər”, - deyə E.Əliyeva fikirlərini tamamlayıb.

Müxtəlif tonal vasitələri qarışdırmaq olarmı?

“Əsas qayda - maye məhsulları mayeylə, quruları quru ilə qarışdırmaqdır, “Schwarzkopf academy Azerbaijan”-ın  peşəkar vizajisti Natalya İsmayılova belə deyib: 

"Quru və maye teksturaların qarışdırılması üzrə eksperimentlər keçirməmək daha yaxşıdır. Hətta ton maye vasitələrinin qarışdırmasının nəticələri  çox fərdidir və dəri tipindən asılıdır. Qarışdırmaqla yanaşı uyğunlaşdırmaq da vacibdir. Bu, xüsusilə qalın teksturaların  köməyi ilə nöqsanları ört-bas edən, problemli dəriyə malik qızlara aiddir. Bütün sifətə yaxılmış sıx ton vizual olaraq dərini “ağırlaşdırmış” olur, buna görə də qalın tekstura lazım olan yerlərə uyğun miqyasda yaxılmalıdır. 

Parıltı effekti olan daha yumşaq teksturanı seçin. Onlar qırışların nəzərə çarmasını  azaldır. Bu vasitənin yüngüllüyü  qırışın “yığılmasına” imkan verməyərək, yalnız üzün səthində qalır. Belə vasitələri  barmaqlarınızla yayın, belə olanda onlar bədənin hərarətinə uyğunlaşmış olurlar. Xırda qırışları dərhal azaltmağa qadir olan makiyajaltı  bazadan mütləq istifadə edin”.

““Non-comedogenic” - Problemli dəri üçün əsl panaseyadır”

Səpkilərə meyilli problemli dəriyə sahib olanlara yüngül əsaslı  ton lazımdır, deyə “Ideal” ətriyyat-kosmetik mağazalar şəbəkəsinin meneceri Şaban Əliyev bildirib: 

“Belə bir ton əsasını seçəndə etiketin üzərinə “non-comedogenic” yazılmasına diqqət yetirin, bu kremin yağ əsaslı olmasını bildirir.  Bizim mağazaya gələn hər bir ziyarətçi tonal kremin seçilməsində məsləhətçilərimizə bel bağlaya bilərlər. Hər ay göndərdiyimiz sms-göndərişlərlə  təkcə yeni malların daxil olması haqqında deyil, həm də 70% -dək endirimlər olan sərfəli aksiyalarla bağlı müştəriləri xəbərdar edirik”. 

Bakucity.az ekspert və menecerlərlə keçirdiyi sorğulara əsasən müxtəlif qiymət kateqoriyalı tonal krem nümunələrini təqdim edir:

Baha olmayan yaxşı tonal kremlər

Adı

Dəri tipi

Qiyməti

Mağaza

MaxFactorLastingPerformance»

İstənilən dəri tipinə uyğundur

11.20 AZN

Sabina

MaybellineSuperstay 24

İstənilən dəri tipinə uyğundur

18 AZN

Sabina

Orta qiymət kateqoriyalı tonal kremlər

“L'Oreal In faillible 24”

“Bourjois Healthy mix”

Quru və qarışıq dəri tipinə uyğundur

İstənilən dəri tipinə uyğundur

34-40 AZN

24 AZN

“Sabina”

“Ideal”

“L'Oreal Alliance Perfect”

“Collistar Anti-aging day regenerante”

İstənilən dəri tipinə uyğundur

İstənilən dəri tipinə uyğundur

24 AZN

40-53 AZN

Sabina

“Ideal”

PupaAntitraccia

İstənilən dəri tipinə uyğundur

52 AZN

Sabina

Lyuks sinif yaxşı tonal kremlər

ChanelVitalumiere

Quru və qarışıq dəri tipinə uyğundur

118 AZN

116 AZN

Sabina

“Ideal”

“Guerlain Parure Gold”

Problemli və qarışıq dəri tipinə uyğundur

169 AZN

166 AZN

Sabina

“Ideal”

“Dior Forever”

İstənilən dəri tipinə uyğundur

114 AZN

114 AZN

Sabina

“Ideal”

Nəticə

Tonal əsaslarının bütün aspektlərini diqqətlə araşdırıb, onların seçilməsi və vurulması ilə bağlı qaydalara dəqiq əməl olunmalıdır. Hansı məqsəd üçün bu və ya digər tonal kremin lazım olduğunu dəqiq müəyyən etmək vacibdir. Yalnız bunlara uyğun olaraq öz vasitənizi seçin, çünki tonal krem təkcə nöqsanları gizlətmək üçün deyil, həm də dərini nəmləndirməklə ona qulluq etmək etmək üçündür. 

Hazırladı: Cəmilə Amirova

Xüsusi olaraq Bakucity.az üçün

Bakucity.az

Tonal Krem Araşdırma
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Cəmiyyət
Sığırlı barədə reportaj hazırlanıb. Son günlər koronavirusa yoluxanların sayına görə Mərkəzi Aran rayonları ön sıralarda dayanır. Burada Kürdəmiri xüsusi qeyd etmək lazımdır. BakuCity.az xəbər verir ki, təkcə son iki gündə rayonun Sığırlı kəndində 21 nəfərin bu virusa yoluxduğu aşkarlanıb. Onların içərisində 1 yaşlı uşaq da var. Demək olar ki, kənd sakinlərindən hər kəsin temperaturu ölçülüb. Şübhəli şəxslərdən elə yerindəcə yaxma analizləri götürülüb. Vir...
Hadisələr
Bakıda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. BakuCity.az xəbər verir ki, hadisə ötən gecə Nizami rayonu ərazisində baş verib. İki nəqliyyat vasitəsinin toqquşması nəticəsində 1974-cü il təvəllüdlü Mirzəyevə Leyla Əfras qızı yaralanıb. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb, ilkin müayinə zamanı ona baş beynin silkələnməsi diaqnozu qoyulub. Hadisə ilə bağlı araşdırma aparılır. (report) BakuCity.az
Cəmiyyət
Bakıdan daha 24 nəfər gəmi ilə Qazaxıstana yola salınıb. COVID-19 pandemiyasının yayılma təhlükəsi səbəbindən sərnişinlər üçün sərhədlərin bağlanmasına görə, Azərbaycanda qalan daha 18 Qazaxıstan vətəndaşı və bu ölkədə yaşamaq hüququ olan 6 Azərbaycan vətəndaşı bu gün Qazaxıstana yola salınıb. BakuCity.az xəbər verir ki, bu barədə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC məlumat yayıb.  Məlumata görə, sərnişinlər “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-n...
Cəmiyyət
Azərbaycanda daha 132 nəfər koronavirusa yoluxub, 78 nəfər sağalıb. Azərbaycan Respublikasında 132 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmış, 78 nəfər müalicə olunaraq sağalmış və evə buraxılmışdır. BakuCity.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış, serebral ateroskleroz, hipoksik ensefalopatiya və şəkərli diabet xəstəliyi olan 1948-ci il...
Cəmiyyət
Azərbaycanda dövri yoxlama müddəti bitmiş sayğaclar mexaniki sayğaclarla əvəzlənir. Azərbaycanda bu ildən etibarən bütün fərdi yaşayış evlərində (yeni inşa olunan çoxmərtəbəli binalar istisna olmaqla) dövri yoxlama müddəti bitmiş sayğaclar mexaniki sayğaclarla əvəzlənir. BakuCity.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin açıqlamasında bildirilir.  Məlumatda həmçinin deyilir ki, “Azəriqaz” vəsait...
Hadisələr
Binəqədidə əl qumbarası tapılıb. Fövqəladə Hallar Nazirliyinin (FHN)"112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda sursat aşkar olunması barədə məlumat daxil olub. Nazirlikdən BakuCity.az-a verilən məlumata görə, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) pirotexniki işlər üzrə mütəxəssisləri və kinoloji qrupu, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri qeyd olunan əraziyə...
Ekologiya
"Hava qədər sabit olmayan, xüsusilə yaz havası qədər dəyişkən heç nə yoxdur. Gün ərzində onun bir neçə dəfə dəyişdiyini görəndə bir daha buna əmin oluruq". BakuCity.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin (ETSN) rəisi Umayra Tağıyeva deyib. U.Tağıyeva qeyd edib ki, məhz buna görə bütün dünyanın meteoroloqları sutka ərzində hava üzərində fasiləsiz müşahidələr aparırlar...
Kriminal
Azərbaycanda qadağan edilən it döyüşləri keçirilir. BakuCity.az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb. Məlumata görə, məqsədi itlərin pulla döyüşdürülməsi olan “Heyvanların ölümcül oyunu” adlı forum yaradılıb. Döyüşlərdə pitbul və digər it cinsindən olan köpəklərə narkotik tərkibli iynələr vurur və onlar bir-birləri ilə ölənədək döyüşürlər. Bir it digərini parçalayır və ölən heyvanın dərisi soyulur. Qan iyini alaraq daha ağzın...
Ekologiya
Bakıda sabaha gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, mayın 27-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq, mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 14-17, gündüz 22-27, Bakıda gecə 15-17, gündüz 24-26 dərəcə isti...