Opera və Balet Teatrı Yeni il üçün repertuar planını açıqladı

Opera və Balet Teatrı Yeni il üçün repertuar planını açıqladı, Javid

2018-ci il teatr üçün məhsuldar olub

Bakucity.az xəbər verir ki, yola saldığımız 2018-ci il Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı üçün də məhsuldar olub.

Sənət ocağının mətbuat xidmətinin rəhbəri Şükufə Ağamirzəyeva bildirib ki, il ərzində sənət ocağında üç yeni tamaşanın premyerası keçirilib.

“Əvvəlcə Qara Qarayev və Fərəc Qarayevin “Qoyya” baletinin tamaşası təqdim edilib. Fevral ayında premyerası keçirilən “Qoyya” baleti dahi bəstəkarımız Qara Qarayevin 100 illiyi münasibətilə səhnələşdirilib. Sonra Əməkdar incəsənət xadimi, bəstəkar Sərdar Fərəcovun “Cavad xan” baleti hazırlanıb. May ayında premyerasını keçirdiyimiz “Cavad xan” baleti Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar səhnəyə qoyulub. Dekabrın 22-də Cakomo Puççininin “Manon Lesko” operasının premyerası keçirilib. Bu opera isə dahi italyan bəstəkarı Cakomo Puççininin 200 illik yubileyi şərəfinə səhnəyə qoyulmuşdu”, - deyə Ş.Ağamirzəyeva söyləyib.

Onun sözlərinə görə, il ərzində Opera və Balet Teatrının solistləri bir sıra ölkələrdə çox uğurlu çıxışlar ediblər: “Xalq artistləri Samir Cəfərovun, Fidan Hacıyevanın, Azər Zeynalovun, Əməkdar artistlər Afaq Abbasovanın, Gülüstan Əliyevanın, Fərid Əliyevin, Fəridə Məmmədovanın, Əliəhməd İbrahimovun, dirijorlar Əyyub Quliyevin, Yalçın Adıgözəlovun, müxtəlif ölkələrdəki uğurlu konsertlərini qeyd etmək olar. Gənc solistlərdən vokalçı Yəhya Mustafayev Avropa ölkələrində konsertlərdə çıxış edib. Bu yaxınlarda balet solistimiz Anar Mikayılov yeni tamaşada baş rolu ifa etmək üçün Avropaya dəvət olunub. Eyni zamanda, Opera və Balet Teatrının səhnəsində də bir sıra ölkələrdən – Rusiyanın Akademik Böyük Teatrı, Mixaylovski Teatrı və başqa teatrlardan, eləcə də Belarus, Ukrayna, Türkiyə, Gürcüstan və İtaliyadan gəlmiş sənət ulduzları yaddaqalan proqramla çıxış ediblər. İtaliyanın Azərbaycandakı səfirliyi ilə çox maraqlı bir mədəni əməkdaşlıq proqramı həyata keçirilib. İtaliyadan dəvət olunmuş vokalçılar və dirijorların teatrın tamaşalarında iştirakı da yaddaqalan olub. Eyni zamanda, İtaliyadan dəvət olunmuş balet qrupu xüsusi konsertlə teatrda çıxış edib”.

Ş.Ağamirzəyeva əlavə edib ki, qarşıdan gələn 2019-cu ildə də teatrın planları artıq məlumdur: “Yeni il üçün teatrımızın repertuar planı hazırdır. Onlardan Frans Şubertin “Dahi hekayəçi” baletini, Andersonun nağıllarını göstərmək olar. Daha sonra Qelsyat Şayqulovanın “Kleopatra” baleti yenə də səhnəyə qoyulacaq. Sergey Prokofyevin “Monastırda nişanlama” operası bu il yenə də tamaşaya qoyulacaq. Bu yaxınlarda teatrın Serbiya Opera Teatrı ilə çox gözəl əlaqələri yaranıb. Mart ayında ilk serbiyalı nümayəndə vokalçı teatrımızın tamaşasında çıxış edəcək. Sonra aprel ayında serbiyalı dirijor “Toska” operasının tamaşasını idarə etmək üçün dəvət olunacaq”. (AzerTac)

Bakucity.az

Opera və Balet Teatrı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Cəmiyyət
Ermənilərin qorxulu röyası olan PUA-nın yeni seriyası gəlir. Türkiyə istehsalı olan pilotsuz uçan aparatlar, o cümlədən "AKINCI” və "Bayraktar TB3” yerli mühərriklər sayəsində daha da təkmilləşdiriləcək. BakuCity.az xəbər verir ki, bu barədə Baykar Texniki Şirkətinin müdiri və T3 Vəqfinin idarə heyətinin sədri Səlçuk Bayraktar "Twitter” sosial şəbəkə hesabından paylaşım edib. Paylaşımda TEI (TUSAŞ Motor Sanayi A.Ş.) tərəfindən istehsal edilən yerli təyyarə...
Cəmiyyət
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin avqustun 26-da imzaladığı Sərəncama uyğun olaraq həqiqi hərbi xidmətə növbəti çağırış başa çatıb. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən (SHXÇDX) BakuCity.az-a bildirilib ki, Xidmət tərəfindən Sərəncamın icrası təmin edilib və oktyabr ayı ərzində Azərbaycan Silahlı Qüvvələrinin çağırışçılarla komplektləşdirilməsi müvəffəqiyyətlə yekunlaşdırılıb. Respublikamızda koronavirus infeksiya...
Cəmiyyət
"Vəziyyət kritikdir".  BakuCity.az xəbər verir ki, bunu TƏBİB-in İnfeksion xəstəliklər üzrə işçi qrupunun həkim-infeksionisti Nəzrin Mustafayeva deyib. İnfeksionist bildirib ki, bu şəkildə davam etsə, ölkənin böyük əksəriyyətində yoluxma sayları yüksələcək: "Yoluxmanın 1000-in üzərində olması ciddi bir rəqəmdir. Yoluxanlarının sayının daha da artma ehtimalı var. Xəstəliyin bir insandan digərinə çox asan və sadə yolla yoluxduğuna görə və yoluxma əmsalı yüks...
Cəmiyyət
İzmir 5 bal gücündə daha bir zəlzələ ilə sarsılıb. Türkiyənin İzmir şəhərinin Seferihisar rayonunda baş verən 6,6 bal gücündə zəlzələdən sonra yeraltı təkanlar davam edir. BakuCity.az xəbər verir ki, son olaraq yerli vaxtla 08:31-də 5 bal gücündə daha bir zəlzələ baş verib. Təkanlar ətraf rayonlarda da hiss olunub. Ümumilikdə, dünəndən bəri İzmirdə 400-dən artıq təkan qeydə alınıb, onlardan 31-nin gücü 4 baldan artıq olub. (Haber Global) BakuCity.az
Cəmiyyət
Ermənilər rayonlarımızı atəşə tutmaqda davam edir. Oktyabrın 31-də saat 06.00-dan etibarən Ermənistan silahlı qüvvələri Tərtər, Ağdam və Ağcabədi rayonlarının ərazisini artilleriya atəşinə tutub. BakuCity.az xəbər verir ki, bununla bağlı Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. BakuCity.az
Cəmiyyət
Ermənistanın Spitak şəhərinin tibb mərkəzində partlayış baş verib. BakuCity.az xəbər verir ki, bu barədə Ermənistanın Səhiyyə Nazirliyinin mətbuat katibi Alina Nikoqosyan Feysbuk səhifəsində yazıb. “Partlayış “Surb Qriqor Lusavoriç” tibb mərkəzinin ərazisində baş verib. İlkin məlumata görə, oksigen təchizatı sistemi partlayıb. Hadisənin təfərrüatı aydınlaşdırılır”, – o qeyd edib. BakuCity.az
Cəmiyyət
Bunu döyüş bölgəsində oktyabrın 30-u saat 12:00-a qədər olan vəziyyət haqda məlumat verən cəbhə zonasında ezamiyyətdə olan Səxavət Məmməd bildirib. BakuCity.az Səxavət Məmmədin məlumatına görə, bütün cəbhəboyu mövqelərdə üstünlük Azərbaycan ordusunun tərəfindədir: “Yaşayış məntəqələrimizi hədəfə alan düşmən dünən axşam Ağdam və Tərtər istiqamətində yerləşən kəndlərimizi intensiv atəşə tutdu. Dünən Ağdərə istiqamətində də döyüşlər davam edib və düşmən xeyli...
Cəmiyyət
Araik Arutyunyan Şuşa şəhəri ilə "vidalaşdı". Dağlıq Qarabağın marionet rejiminin rəhbəri Araik Arutyunyan Şuşa şəhəri ilə "vidalaşdı". Panik "xalqa müraciətində" Arutyunyan bir gün əvvəl Azərbaycan qoşunlarının şəhərdən beş kilometr aralıda yerləşməsi barədə faciəvi bir nitq söyləməklə kifayətlənmədi və bütün ermənilər onu xilas etmək məcburiyyətindədirlər - komandası göz yaşı tökən bir video da çəkdi. Sanki bir Hollivud əsərindən kadrlardır - Araik çox e...
Cəmiyyət
Prezident İlham Əliyev işğaldan azad olunan yeni ərazilərin adlarını açıqlayıb.  BakuCity.az xəbər verir ki, prezidentin tvitində bildirilir:  "Müzəffər Azərbaycan Ordusu Cəbrayıl rayonunun Xudaverdili, Qurbantəpə, Şahvələdli, Xubyarlı, Zəngilan rayonunun Aladin, Vecnəli, Qubadlı rayonunun Kavdadıq, Məmər, Mollalı kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!" BakuCity.az