Bakıda hava kəskin dəyişəcək - XƏBƏRDARLIQ

Bakıda hava kəskin dəyişəcək - XƏBƏRDARLIQ, Javid

İntensiv yağış yağacaq, güclü külək əsəcək

Bakucity.az xəbər verir ki, növbəti iki gündə Azərbaycanda küləkli hava şəraiti müşahidə olunacaq. 

Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 3-ü axşam arabir yağış yağacağı gözlənilir. 

Ayrı-ayrı yerlərdə yağışın intensiv olacağı ehtimalı var. Yanvarın 4-ü günün ikinci yarısından 5-i səhərədək cənub-qərb küləyinin arabir güclənəcəyi, yanvarın 5-də axşam isə arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacağı gözlənilir.

Bakucity.az

Hava durumu
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər