Bakıda qar yağacaq? - Sinoptiklərdən açıqlama

Bu il qış fəslində temperatur iqlim normasından yüksək olacaq

Bakucity.az xəbər verir ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamenti Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova modern.az-a açıqlamasında bildirib ki, yanvar və fevral ayları qış fəslinin ən soyuq ayları kimi xarakterizə olunur:

"Bu il qış fəslində temperatur iqlim normasından 0,5 - 1 dərəcə yüksək olacaq. Bu il də qışın mülayim keçəcəyi gözlənilir, amma şaxtalı və qarlı günlərin müşahidə olunacağı da istisna deyil. Cari ayın ilk ongünlüyündə paytaxtda və regionlarda hava şəraitində ciddi dəyişiklik proqnozlaşdırılmayıb. Paytaxtda mülayim cənub-qərb küləyi arabir güclənəcək, temperatur 8-12 dərəcə arasında dəyişəcək. Regionlarda isə yanvarın ilk günlərində hava şərait normal keçəcək, müəyyən yerlərdə duman olacaq. Temperatur iqlim normasına yaxın, bəzi günlərdə normadan artıq ola bilər".  

Gülşad Məmmədova xüsusi vurğulayıb ki, hələlik yanvar ayı üçün qar deyil, arabir çiskinli yağış proqnozlaşdırılır:

"Amma yanvarın sonları ilə bağlı proqnozları dəqiqləşdirdikdən sonra mətbuata açıqlayacağıq.

Xatırlatmaq istəyirəm ki, ötən ilin də bu vaxtları paytaxt ərazisində hava mülayim keçib. Lakin dağlıq və dağətəyi rayonlarda şaxtalı hava müşahidə olunub. 

Hazırda da bəzi bölgələrimizdə havanın minimal temperaturu mənfi 10 dərəcəyə qədər enib. Qeyd etdiyim kimi, paytaxtda, Mərkəzi Aran bölgəsində şaxta müşahidə olunmur".

AMEA-nın Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, coğrafiya üzrə fəlsəfə doktoru Məhərrəm Həsənov isə söyləyib ki, Bakı üçün qışın ən soyuq məqamı yanvar ayının sonu və fevralın ilk günləridir. Ona görə, bu il də Bakıya qar yağmayacağını əminliklə demək olmaz:

"Qar örtüyünün rayonlarımıza yağdığı qədər çox olacağını düşünmürəm. Amma ehtimal oluna bilər ki, az da olsa, Bakıya da qar yağacaq. Qarın yağmamasını tamamilə iqlim dəyişmələri ilə izah etmək də düzgün deyil. Çünki rayonlarımızda qar da, şaxtalı hava şəraiti də müşahidə olunur. Bu il payız aylarında və qış fəslinin başlanğıcında Bakıda yağışların miqdarı bir qədər yüksək, intensivliyi artıq oldu. Əgər temperatur nisbətən aşağı düşsə, yağış buludları qara çevriləcək". (Modern.az)

Bakucity.az

Hava durumu
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Ekologiya
26 mayda gözlənilən hava şəraiti. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, mayın 26-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, axşam tutulacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq, cənub-qərb küləyi gündüz mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu  Abşeron yarımadasında gecə 14-16, gündüz 21-26, Bakıda  gecə 14-16, gündüz  23-25 dər...
Kriminal
Bakıda narkotiki onlayn satmaq istəyən qardaşlar saxlanıldı. Daxili İşlər Nazirliyi (DİN) Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən növbəti əməliyyat nəticəsində ölkə ərazisinə gətirilən külli miqdarda yüksək təsiredici xassəyə malik narkotik vasitələrin və psixotrop maddələrin “qara” bazarda satılmasının qarşısı alınıb. Bu barədə BakuCity.az-a DİN-in Mətbuat Xidmətindən məlumat verilib. Baş İdarə əməkdaşlarının daxil ol...
Cəmiyyət
Azərbaycanda indiyədək koronavirus infeksiyasından sağalanların sayı açıqlanıb. BakuCity.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Hazırkı dövrədək ölkəmizdə 4 271 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 2 741 nəfər müalicə olunaraq sağalıb, 51 nəfər vəfat edib, 1 479 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.  Həmin şəxslərdən 44 nəfərin vəziyyəti ağır,...
Cəmiyyət
Azərbaycanda daha 149 nəfər koronavirusa yoluxub, 134 nəfər sağalıb. Azərbaycan Respublikasında 149 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 134 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.  BakuCity.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1955 və 1956-cı il təvəllüdlü iki nəfər vəfat edib. Hazırkı dövrədək ölkəmizdə 4 271 nəfərin k...
Cəmiyyət
Şəhərin mərkəzində uçulub-tökülən bir məhəllə. Paytaxtın Nərimanov rayonu ərazisində olan bu məhəllədə yaşayanlar hər gün ölüm təhlükəsi ilə üz-üzə yaşayır. Ərazidə fəaliyyət göstərən tikinti şirkəti tərəfindən sakinlərin yarısı başqa yerə köçürülsə də, digərləri, necə deyərlər, Allahın ümidinə qalıblar. BakuCity.az xəbər verir ki, söhbət Nərimanov rayonu, Malik Məmmədov 28 ünvanındakı məhəllədən gedir. “Komfort həyat” şirkəti tərəfindən ərazidə tikinti iş...
Cəmiyyət
Qurban bayramının qeyd edildiyi günlər qeyri-rəsmi iş günləri olacaq. İyulun 31-i və avqustun 1-i Azərbaycanda İslam aləmində ən vacib bayramlardan biri olan müqəddəs Qurban bayramı qeyd olunacaq. BakuCity.az xəbər verir ki, bu Nazirlər Kabinetinin 2020-ci il üçün Novruz, Ramazan və Qurban bayramları günlərinin müəyyən edilməsi haqqında Sərəncamında öz əksini tapıb. Azərbayan Respublikasının Baş Naziri Əli Əsədovun 2 dekabr 2019-cu il tarixində imzaladığı...
Hadisələr
Bakıda gənc oğlan yol qəzasında dünyasını dəyişib. BakuCity.az xəbər verir ki, hadisə ötən gün Atatürk prospektində qeydə alınıb. “Domino's pizza”da kuryer işləyən Ülvi motosikleti ilə qəzaya düşüb və aldığı xəsarətdən vəfat edib. Gəncin yaxınlarının sosial şəbəkələrdə yazdığqlarına görə, Ülvi restoranın qoyduğu tələblərə görə həyatını itirib. Belə ki, rəhbərliyin tapşırığına görə, hər sifarişi 30 dəqiqədən gec olmayaraq ünvana çatdırmaq lazımdır. Sifariş...
Cəmiyyət
Bakıda yararsız binaların söküntüsü davam edir. BakuCity.az  xəbər verir ki, yenilənən binaların sakinləri ilə sahibkar arasında rəsmi müqavilə bağlanır və onlar müvəqqəti digər yaşayış yerlərinə köçürülürlər. Hazırda işlər davam edir, mənzilləri sökülən sakinlər müvəqqəti kirayədə yaşadığı dövrdə onların kirayə haqları ödənilir. Sakinlərə evlərinin ölçülərinə uyğun olaraq 400-800 manat arasında kirayə haqqı ödənilir. Daha sonra sakinlər köçürüldükləri mən...
Cəmiyyət
Kürdəmirdə koronavirusa yoluxma sürətlənib. BakuCity.az xəbər verir ki, rayonun Sığırlı kəndində kütləvi yoluxma qeydə alınıb.  Ətraflı reportajı təqdim edirik: BakuCity.az