ABŞ-ın Bakıya göndərəcəyi səfir təsdiqləndi

ABŞ-ın Bakıya göndərəcəyi səfir təsdiqləndi, Javid

ABŞ Senatı Erl Litsenbergeri Azərbaycana səfir qismində təsdiq edib

Bakucity.az xəbər verir ki, bu barədə ABŞ Senatının “Twitter” səhifəsində deyilir.

Məlumatda qeyd olunur ki, Senat şifahi səsvermə ilə nazir-müşavir dərəcəsində ali diplomatik xidmətin karyera əməkdaşı Litsenbergeri Azərbaycanda səfir vəzifəsinə təsdiq edib.

Qeyd edək ki, E.Litsenberger müxtəlif vaxtlarda Marşall Fondunda baş elmi işçi, ABŞ-ın NATO Missiyasının rəis müavini, NATO-nun Əfqanıstandakı baş mülki nümayəndəsinin müavini, ABŞ-ın Serbiya və Qırğızıstandakı səfirliklərində işləyib. (Trend)

Bakucity.az

ABŞ səfiri
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər