Bakıda yeni "mall" tikiləcək – FOTOLAR

Bakıda yeni "mall" tikiləcək – FOTOLAR, Javid

Yeni "mall"ın adı və ünvanı bəlli oldu

Bakucity.az xəbər verir ki, Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin layihəsi olan Yasamal Yaşayış Kompleksinin ərazisində tikilməsi nəzərdə tutulan ticarət mərkəzi Yasamal Yaşayış Kompleksinin və şəhərin bu ərazisində yaşayan sakinlərin ehtiyaclarını qarşılamaq üçün yeni ticarət-əyləncə mərkəzinin (Mall) tikintisi nəzərdə tutulub. 

“Zefir Mall” adlanacaq yeni mərkəzin layihəsi artıq hazırlanıb və yaxın vaxtlarda tikinti işlərinə başlanacaq. Ümumi sahəsi 11,6 hektar olan Kompleksdə “Zefir Mall” 6500 kvadrat metr sahəni əhatə edəcək, öz minimalist və modern xarici dizaynı ilə xüsusilə seçiləcək.

“Zefir Mall” ziyarətçilərin rahatlığını təmin etmək üçün fərqli brendlərin məhsullarını təqdim edəcək. Ticarət mərkəzində kafe və restoranlar da fəaliyyət göstərəcək. (Publika.az)

Bakıda yeni "mall" tikiləcək – FOTOLAR, fotoşəkil-1 Bakıda yeni "mall" tikiləcək – FOTOLAR, fotoşəkil-2 Bakıda yeni "mall" tikiləcək – FOTOLAR, fotoşəkil-3

Bakucity.az

Zefir Mall
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər