Ötən il Milli Dram Teatrında doqquz yeni tamaşa hazırlanıb

Ötən il Milli Dram Teatrında doqquz yeni tamaşa hazırlanıb

2018 Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı üçün uğurlu olub.

Bakucity.az xəbər verir ki, teatrda yaradıcı əhval ilboyu yüksək səviyyədə olub, səhnə əsərləri tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Bunu teatrın mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı belə deyib:

“İl ərzində Akademik Milli Dram Teatrında doqquz tamaşa hazırlanıb: “Sinif yoldaşları”, “Ah, bu uzun sevda yolu”, “Buratino”, “Manqurt”, “Bir, iki, bizimki”, “Gəl baharım, gəl yazım”, “Qəribə, çox qəribə əhvalat”, “Şah Qacar” və “Ninza tısbağalar”. Rusiya -Azərbaycan teatr əlaqələrində körpü rolunu oynayan “Sinif yoldaşları” tamaşası Rusiyanın məşhur yazıçı-dramaturqu Yuri Polyakovun eyniadlı əsəri əsasında hazırlanıb. Tamaşanın müəllifi, quruluşçu rejissoru və rəssamı Akademik Milli Dram Teatrının bədii rəhbər-direktoru, Xalq artisti Azər Paşa Nemətovdur. Əli Əmirlinin eyniadlı əsəri əsasında qurulan “Ah, bu uzun sevda yolu” tamaşası isə Mikayıl Müşfiqin 110 illiyinə həsr olunub. Akademik Milli Dram Teatrının kollektivi “İuda” tamaşası ilə Qazaxıstanda, “Manqurt” tamaşası ilə Qırğızıstanda və “Cəhənnəm sakinləri” tamaşası ilə Türkiyədə qastrol səfərlərində olub, tamaşalarımız beynəlxalq münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilərək mükafata layiq görülüb. Yola saldığımız ildə Xalq artistləri Sofa Bəsirzadənin, Mehdi Məmmədovun, Tofiq Kazımovun, Həsənağa Turabovun və başqalarının yubileyləri qeyd olunub”, - deyə C.Zeynallı bildirib.

Bakucity.az

Akademik Dövlət Dram Teatrı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər