Bakıda tikinti sahəsində yenilik

Bakıda tikinti sahəsində yenilik

Şəhərsalma və tikinti sahəsində fəaliyyət yol hərəkətinin təhlükəsizliyi tələblərinə uyğunlaşdırılacaq.

Bakucity.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin 27 dekabr 2018-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nda qeyd olunur.

Sənəddə qeyd olunur ki, 2019-2020-ci illərdə tikinti obyektlərinin layihələndirilməsi, yenidən qurulması və digər şəhərsalma və tikinti fəaliyyətinin planlaşdırıldığı ərazinin yol-nəqliyyat infrastrukturuna uyğunluğu meyarlarını və tələblərini tənzimləyən normativ hüquqi normativ xarakterli aktlar yol hərəkətinin təhlükəsizliyi tələblərinə uyğun olaraq təkmilləşdiriləcək.

Ərazinin yol-nəqliyyat infrastrukturuna uyğunluğu meyarları və tələbləri şəhərsalma, tikinti fəaliyyətini tənzimləyən normativ hüquqi normativ xarakterli aktlara daxil ediləcək.

Bakucity.az

Tikinti şəhərsalma
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər