Bakıda məşhur argentinalı yazıçının kitabı çıxdı

Bakıda məşhur argentinalı yazıçının kitabı çıxdı

Əsər ana və oğul arasında yaşanan mürəkkəb münasibətlərdən bəhs edir.

Bakucity.az xəbər verir ki, Argentina səfirliyi ilə Azərbaycan Dövlət Tərcümə Mərkəzinin növbəti birgə layihəsi çərçivəsində  Klaudia Pineironun “Bir damcı bəxt” romanı işıq üzü görüb.

Tərcümə Mərkəzindən bildirilib ki, müəllifi tanınmış Argentina yazıçısı K.Pineiro olan əsər baş qəhrəmanı Marianın acı taleyindən, ana və oğul arasında yaşanan mürəkkəb münasibətlərdən bəhs edir. 

Əsəri orijinaldan Emin Ələsgərov tərcümə edib. Redaktoru isə Nəriman Əbdülrəhmanlıdır.

Bakucity.az

K.Pineironun “Bir damcı bəxt”
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər