11 manata görə dostunu bıçaqlayan Bakı sakini həbsə göndərildi

11 manata görə dostunu bıçaqlayan Bakı sakini həbsə göndərildi

11 manata görə dostunu bıçaqladı.

Bakucity.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Zakir Bünyatovun cinayət işi üzrə məhkəmə başlayıb. 

Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. 

Z.Büynatov özünü təqsirli bilib və dostu Məlik Hüseynovu pul üstündə bıçaqladığını qeyd edib:

“Məndən 11 manat pulu borc istəmişdi, mən də verdim. Ancaq bir ay keçsə də, qaytarmadı. Ona zəng edib pulumu geri qaytarmasını tələb etdim, ancaq o, bunun əvəzində məni söydü və pulu verməyəcəyini dedi. Əsəbiləşib, onu görüşə çağırdım və bıçaqladım”. 

Proses yanvarın 17-də davam etdiriləcək.

Bakucity.az

dostunu bıçaqladı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər