Bakının populyar və bahalı şadlıq sarayları - Xidmət və qiymətlər

Bakının populyar və bahalı şadlıq sarayları - Xidmət və qiymətlər, Javid

Paytaxtın şadlıq sarayları müştərilərə nələr təklif edir?

Bakının biznes və əyləncə həyatında şadlıq sarayları xüsusi yeri tuturlar. Şadlıq saraylarının şəhər həyatında hədsiz vacib rol oynadığı tək-tük şəhərlərdən biridir Bakı. Bu məkanlar göstərdikləri xidmətlərə, presitjlərinə görə bir-birlərindən fərqlənirlər. Onların əsas funksiyası isə əlbəttə ki, toy və nişan mərasimləridir. Bakucity.az növbəti araşdırmasını paytaxtın populyar və bahalı şadlıq saraylarına həsr edib. Biz xidmətləri və qiymətləri öyrənməyə çalışmışıq. Araşdırmamızı təqdim edirik.

Müştəriyə təklif olunan xidmətlər

Bakının məşhur "Arena"  şadlıq sarayının administratoru Тurxan Mustafayev  deyir ki, onlarda tədbir  keçirmək üçün yalnız bir zal var, həmçinin, o, bu restoranda  daha çox toy şənliklərinin  keçirildiyini qeyd edib. Tədbirlər bir qayda olaraq 200-250 nəfər üçün təşkil olunur:

Bakının populyar və bahalı şadlıq sarayları - Xidmət və qiymətlər, fotoşəkil-1
Bakının populyar və bahalı şadlıq sarayları - Xidmət və qiymətlər, fotoşəkil-1

"Bizim müəssisəmizə müraciət edən müştərilər müğənni, ansambl, repertuar seçimi və qiymət sövdələşməsini özləri ayrıqlıda həll edə bilərlər. Amma bizim də öz ansamblımız və ifaçılarımız var. Əgər sifarişçi onların xidmətindən yararlanmaq istəsə, biz onların çıxışı üçün ödəniş almırıq. Bu, bizim müştəri üçün hədiyyəmizdir. Eyni qayda aparıcıya da şamil edilir. Video çəkiliş HD formatındadır və qiymət menyuya daxildir".

Mustafayevin sözlərinə görə müştərilər 300 manata başa gələn fotoalbom da sifariş verə bilərlər:  

"Bizdə müxtəlif cür şoular: lazer, od, su və s. sifariş etmək olar. Əgər mərasimdə qonaqların sayı çox olarsa, bu proqram bizim tərəfimizdən hədiyyə edilir. Əgər qonaqların sayı minimaldırsa, məsələn, alov şousu sifarişçiyə 150 manata başa gəlir".

Qiymətlər seçilmiş menyudan asılıdır

 "Premium Planet" şadlıq sarayının inzibatçısı Telman İsmayılov saytımıza açıqlamasında bildirdi ki, müəssisədə 600 və 400 nəfərlik olmaqla 2 zal fəaliyyət göstərir. Burada yalnız toy mərasimləri keçirilir. Şadlıq sarayındakı musiqi və videoçəkilişlər də menyuya daxildir.

Bakının populyar və bahalı şadlıq sarayları - Xidmət və qiymətlər, fotoşəkil-2
Bakının populyar və bahalı şadlıq sarayları - Xidmət və qiymətlər, fotoşəkil-2

"Müştərilərin istəyilə biz populyar estrada müğənnilərini dəvət edə bilərik, bunun üçün ödəniş də menyuya daxildir. Əgər toy 200 nəfər üçün nəzərdə tutulubsa, onda bu, təxminən 9000 manata başa gəlir. Ümumiyyətlə isə, qiymət seçilmiş menyudan asılıdır".

Bahalı seqment

Paytaxtın ən populyar və bahalı şadlıq saraylarından biri “Butapalace” sayılır. Bu müəssisədə 2 zal var: kiçik zala 200-250 nəfər,  böyük zala isə 300-800 nəfər sığışır.

"Bizdə menyunun dequstasiyası aşağı zalda həyata keçirilir. Qiymətləndirmədən sonra biz mərasim üçün seçilmiş yeməklərin siyahısını tərtib edirik. Menyunun qiyməti seçilmiş yeməklərdən asılı olur. Bu salonu tutmaq üçün  onun icarəsinə əvvəlcədən 15000 manat ödəmək lazımdır. Qiymətə zalın bütün cihazları; monitorlar, işıq effektləri və s. daxildir. Yuxarı zala görə isə əlavə icarə haqqı  ödənilmir, həm də menyu burada daha ucuzdur, amma bununla yanaşı, bizdə yüksək standartlara cavab verən cihazlar və işıq effektləri var", - deyə, restoranın əməkdaşı bildirib.

Bakının populyar və bahalı şadlıq sarayları - Xidmət və qiymətlər, fotoşəkil-3
Bakının populyar və bahalı şadlıq sarayları - Xidmət və qiymətlər, fotoşəkil-3

Xüsusi şou proqram

Şəhərin bahalı şadlıq saraylarından biri olan "Yeganə"nin  baş direktoru Azər Ağayev saytımız açıqlamasında şadlıq sarayında 3 zalın fəaliyyət göstərdiyini bildirdi:

“Ən böyük zalımız 400 nəfər üçün nəzərdə tutulub. Sifarişçilər istəsələr  xüsusi mütəxəssisləri; operator, ifaçı, musiqi qruplarını dəvət edə bilərlər. Həmçinin, biz də bu xidmətləri təklif edə bilərik. Maksimal qiymət bir nəfər üçün 80 manatdır. Lakin musiqi sifarişi 800-dən 1500 manata qədərdir və aparıcı xidməti də bu qiymətə daxildir. Mətbəx milli və Avropa təamlarından ibarətdir".

Ağayev həmçinin qeyd edib ki, restoranda videoçəkilişlər üçün 800-dən 3000-ə qədər ödəniş edilir. Əgər müştərilər istəsələr nigah məmurunu dəvət edib qeydiyyat mərasimini burada keçirə bilərlər. Belə olan halda, müştərilər bilavasitə VVAQ–la qiymət barədə özləri  razılığa gəlirlər.

"Bizim şadlıq sarayında  ad günləri kiçik toy mərasimləri və s. keçirilir.  Amma, daha çox toy mərasimləri olur. Müxtəlif ifaçılar dəvət etdiyimiz öz şou proqramımız da var. Daha çox isə gənc ifaçıları dəvət edirik. Təbii ki, buna görə əlavə ödəniş alınır. Məbləğ sifarişçilərin seçiminə görə, kimi dəvət edəcəyimizdən asılıdır. Qiymət 500-10000 manat arasında dəyişir", - deyə Ağayev bildirib.

Paytaxtdakı bəzi bahalı şadlıq saraylarındakı qiymətləri təqdim edirik: 

Şadlıq Evi

Qiymət

Arena

40-75 AZN

Planet Premium

48-56 AZN

Yeganə

50-80 AZN

Xanbağı

50-80 AZN

Neolit

50-90 AZN

Sərin

60-80 AZN

Meridian

50-100 AZN

Kral

80-130 AZN

Buta Palace

95-175 AZN

Seçim çətinliyi

Əlbəttə, haqqında bəhs etdiklərimiz şadlıq saraylarının kiçik bir qismidir, amma şadlıq saraylarında olan qiymətlər təxminən eynidir. Bu məkanlara müraciət edən şəxslərin qonaqların sayı, təxmini büdcə, şənliyin ümumi formatı barədə əvvəlcədən məlumat vermələri tövsiyyə olunur. Bu zaman seçim imkanları daha çox olur. 

Hazırladı: Züleyxa İsmayılova

Bakucity.az

Şadlıq sarayları
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Cəmiyyət
Azərbaycan Xarici İşlər Nazirliyi açıqlama yayıb. BakuCity.az məlumatda deyilənləri təqdim edir: 28 oktyabr 2020-ci il tarixində Ermənistan silahlı qüvvələri Azərbaycanın Bərdə şəhərini “Smerç” yaylım atəşli reaktiv sistemdən raket atəşinə tutub və bu hücum mülki əhali arasında ağır itkilərə səbəb olub. Bərdə şəhərinə xaincəsinə edilən raket hücumu nəticəsində uşaqlar da daxil olmaqla, 21 mülki şəxs həlak olub və 70-dən çox insan ağır yaralanıb. BakuCity.a...
Cəmiyyət
Ermənilər Tərtəri atəşə tutur, 30-a yaxın mərmi atılıb. Oktyabrın 28-də Ermənistan silahlı qüvvələri Tərtər rayonunun ərazisini artilleriya atəşinə tutmaqda davam edir. BakuCity.az bu barədə "Report"a xəbər verir. Səhər saatlarından başlayaraq düşmən yenidən dinc sakinləri hədəfə alır. Ermənilər səhər saat 07:30-dan indiyədək Tərtərin kəndlərinə ümumilikdə 30-a yaxın top mərmisi atıb. Xoşbəxtlikdən ölən və yaralanan yoxdur. BakuCity.az
Cəmiyyət
Azərbaycan ordusu yeni ərazilərimizi işğaldan azad edib. Müzəffər Azərbaycan Ordusu Zəngilanın Birinci Ağalı, İkinci Ağalı, Üçüncü Ağalı, Zərnəli, Füzulinin Mandılı, Cəbrayılın Qazanzəmi, Xanağabulaq, Çüllü, Quşçular, Qaraağac, Qubadlının Qiyaslı, Ədilcə, Qılıcan kəndlərini işğaldan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır! BakuCity.az xəbər verir ki, bunu özünün rəsmi tvitter hesabında Prezident İlham Əliyev yazıb. BakuCity.az
Cəmiyyət
"Qırmızı xətt keçilərsə, atamızın oğlu da olsa, gözümüz görməz". "Sonuncu dəfə cənab Putinlə görüşdük. İndi gəlin bu işə son qoyaq. İstəsəniz, bu problemi birlikdə həll edə bilərik. Siz Paşinyanla görüşün, mən də qardaşım İlhamla görüşüm. Gəlin bu işi xoş bir yolla həll edək. Nümayəndə heyətləri görüşsün. Ancaq gəlin bir şeyə qərar verək. Bu işi həll edə biləcəyik, yoxsa həll edə bilməyəcəyik?" BakuCity.az xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcə...
Cəmiyyət
Ölən və yaralananların sayı açıqlanıb. Bu gün saat 13 radələrində düşmənin silahlı birləşmələri tərəfindən Bərdə şəhərinin dinc sakinlərin sıx hərəkətdə olduğu və ticarət obyektlərinin yerləşdiyi əraziyə beynəlxalq hüquqla qadağan olunmuş kaset bombalarından istifadə edilməklə zərbələrin endirilməsi nəticəsində 14 nəfər həlak olub, 40-dan artıq şəxs isə yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda...
Cəmiyyət
“Ermənistan növbəti dəfə Bərdəyə qarşı “Smerç” raketlərindən istifadə edib”. Bakucity.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tvitterdə yazıb: “Dinc sakinlər arasında qurbanların olduğu deyilir”. (report) BakuCity.az
Cəmiyyət
Düşmən Bərdəni yenidən raket atəşinə tutub. Ermənistan silahlı qüvvələrinin Bərdəni yenidən raket atəşinə tutması nəticəsində ölənlər var. BakuCity.az xəbər verir ki, azı 5 mülki şəxs ölüb.  13:39 Ermənistan silahlı qüvvələri Bərdəni yenidən raket atəşinə tutub. BakuCity.az bu barədə "Report"a istinadən xəbər verir.  Raketlərdən birinin düşdüyü yerdən tüstü qalxdığı görünür. BakuCity.az
Cəmiyyət
Milli Məclisin deputatı Tahir Kərimlinin oğlu könüllü olaraq cəbhəyə yollanıb. BakuCity.az xəbər verir ki, bu barədə jurnalistlərə Vəhdət Partiyasının nümayəndəsi Vasif Əfəndi bildirib. Onun sözlərinə görə, deputatın oğlu Qarabağa bu gün yola düşüb. BakuCity.az
Cəmiyyət
Ermənistandan toplanan hərbi vəzifəlilərin Azərbaycanın işğal olunmuş ərazilərinə göndərilməsi prosesi davam edir. BakuCity.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi məlumat yayıb. Döyüşlərə cəlb etmək məqsədilə 2 000 nəfərdən ibarət heyətin toplanması barədə tapşırığın verilməsinə baxmayaraq, cəmi 300 nəfəri toplamaq mümkün olub. Hətta bir çox hərbi müqaviləlilər və polis əməkdaşları cəbhəyə getməkdən imtina edirlər BakuCit...