Həftəsonu Bakıda hava necə olacaq?

Həftəsonu Bakıda hava necə olacaq?, Javid

Növbəti iki günün hava proqnozu açıqlandı

Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova açıqlamasında bildirib ki, yanvar ayının 5-6-da ölkə ərazisində hava şəraitinin mülayim və gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir: "Səhər saatlarında bəzi yerlərdə zəif duman, çiskin olacağı istisna olunmur. Qərb küləklərinin üstünlüyü müşahidə olunacaq. Bəzi yerlərdə arabir güclənəcək".

Onun sözlərinə görə, növbəti günlərdə ölkə ərazisində havanın temperaturunda mühüm bir dəyişiklik gözlənilmir: "Bakıda və Abşeron yarımadasında havanın temperaturu 9-15, mərkəzi Aran rayonlarında 10-15, dağlıq ərazilərdə isə 3-7 dərəcə isti müşahidə olunacaq". 

Bakucity.az

Hava durumu
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər