Yeni İldə Bakını Suriyaya çevirən kimlər oldu? - Rəsmi açıqlama

Yeni İldə Bakını Suriyaya çevirən kimlər oldu? - Rəsmi açıqlama, Javid

“Pirotexniki vasitələr ölkəyə qaçaq yolla  gətirilib”

Bakı yeni il gecəsi Suriyanı xatırladırdı. Bir-birini əvəzləyən, hər partlayışda ayaqlar altında yeri lərzəyə gətirən qulaqbatırıcı səs-küy səngimək bilmirdi. Elə bu günün özündə də ara-sıra partapart səsləri eşidilməkdədir. Bayramdan əvvəl rəsmilərin dilindən səslənən pirotexniki vasitələrlə bağlı hökmlü açıqlamalar da artıq eşidilməz olub.

Halbuki Yeni il öncəsi rəsmilər növündən asılı olmayaraq pirotexniki vasitələrin ölkə ərazisinə gətirilməsi və satışının qanunla qadağan olunması haqda ağızdolusu danışırdılar. Yeni ilə bir neçə gün qalmış ölkənin müxtəlif yerlərində, xüsusən də paytaxt Bakıda bu vasitələrin açıq-aşkar satışı o qədər də nəzərə çarpmasa da, dekabrın 31-də hər tində-bucaqda pirotexniki vasitələr satılan piştaxtalar peyda olmuşdu. Yeni il gecəsi isə şəhərin mərkəzindəki partlayışlar hətta bulvarda düzənlənən atəşfəşanlığı kölgədə qoymuşdu.

BŞİH: “Qadağandır və Bakı şəhərində satışı yolverilməzdir”

Bakı Şəhər İcra Hakimiyyətinin mətbuat xidmətinin rəhbəri İsrafil Kərimov “Qaynarinfo”ya açıqlamasında qurumun bu məsələyə münasibətinin birmənalı olaraq mənfi olduğunu bildirib: “Pirotexniki vasitələrin satışına icazə verilməsi Bakı Şəhər İcra Hakimiyyətinin səlahiyyətinə aid məsələ deyil. Onu satanlar bu məhsulları qeyri-leqal yollarla gətiriblər. Bakı Şəhər İcra Hakimiyyətinin pirotexniki vasitələrlə bağlı bir mövqeyi var: onlar qadağandır və Bakı şəhərində satışı yolverilməzdir. Bunun qarşısını da hüquq-mühafizə orqanları almalıdır. Bakı Şəhər Ticarət Departamenti Yeni il yarmarkaları təşkil etmişdi və həmin yarmarkalarda da yeni ilə aid ləvazimatlar, yolkalar, cürbəcür bəzək əşyaları satılırdı. Orada hər hansı pirotexniki vasitənin satışı yolverilməzdir və buna icazə də verilməyib. Mən özüm də şahidi olmuşam ki, metroların qarşısında səyyar şəkildə pirotexniki vasitələr satılırdı. Buna Bakı Şəhər İcra Hakimiyyəti yox, birbaşa hüquq mühafizə orqanları cavabdehdirlər. Dənizkənarı bulvarın ərazisində atəşfəşanlıq zamanı olan vəziyyəti hamımız gördük. Buna münasibətimiz çox mənfidir, hüquq-mühafizə orqanları tərəfindən bu problem aradan qaldırılmalıdır”.

Yeni İldə Bakını Suriyaya çevirən kimlər oldu? - Rəsmi açıqlama, fotoşəkil-1
Yeni İldə Bakını Suriyaya çevirən kimlər oldu? - Rəsmi açıqlama, fotoşəkil-1

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Orxan Mansurzadə “Qaynarinfo”ya açıqlamasında hüquq-mühafizə orqanlarının bu barədə reydlər keçirdiyini deyib: “Biz bunun qarşısının alınması məqsədilə keçirilən reydlərlə bağlı gündəlik olaraq məlumat vermişik. Dəqiq deyə bilmərəm, amma bunların satışında müəyyən texniki parametrlər olmalıdır. Onu ekspertlərin biri ilə dəqiqləşdirə bilərsiniz. Eləsi var ki, adi bir partlayışdı. Deyirlər ki, o da yığışdırılmalıdır, lakin eləsi də var ki, güclü səsyayma qabiliyyətinə malikdir. Dediyim kimi, müəyyən texniki göstərici var ki, həmin həddə qədər yəqin ki, satışına icazə verilir. Bəziləri deyir ki, bu qədər vasitə necə gətirilib və s. Bu, bizim işimiz deyil, amma bütün hallarda polis orqanları tərəfindən müvafiq tədbirlər görülüb”.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinin  rəhbəri Natiq Axundov “Yeni Müsavat”ın əməkdaşına bildirib ki, statistik məlumatları dəqiqləşdirəndən sonra bu haqda rəsmi açıqlama veriləcək.

Bakucity.az

Pirotexniki vasitələr
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Cəmiyyət
Suqovuşanda Azərbaycan bayrağını qaldıran hərbçiyə ev verildi. “Cavid-2016” MMC işğal altında olan torpaqların azad edilməsi uğrunda keçirilən hərbi əməliyyatlarda şücaət göstərən hərbçiyə mənzil hədiyyə edib. BakuCity.az xəbər verir ki, oktyabrın 27-də şirkətin ofisində keçirilən təqdimatda Suqovuşan qəsəbəsinin azad edilməsindən sonra Azərbaycan bayrağını meydanda dirəyə taxaraq dalğalandıran əsgər İlkin Fərzəliyevə “Cavid-2016” şirkətinin rəhbərliyi tər...
Cəmiyyət
Könüllü Bərdədə humanitar dəstək verərkən öldürülüb. Beynəlxalq Qızıl Xaç Komitəsinin könüllüsü Ermənistanın şəhəri kasset raketləri ilə atəşə tutması nəticəsində Azərbaycanın Bərdə şəhərində humanitar dəstək verərkən öldürülüb. BakuCity.az xəbər verir ki, bunu zərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev tvitter paylaşımında qeyd edib. BakuCity.az
Cəmiyyət
Erməni əsgər qadın Azərbaycan tərəfə keçib. BakuCity.az Erməni əsgər qadın könüllü olaraq Azərbaycan tərəfə keçib. BakuCity.az
Cəmiyyət
Düşmən rayonlarımızı təkrar atəşə tutub. Bərdə və Goranboy rayonlarının ərazisi Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulub. BakuCity.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. BakuCity.az
Cəmiyyət
BMT Azərbaycanın Bərdə şəhərinə edilən hücumu qınayır. BMT Dağlıq Qarabağ münaqişəsi zonasında və ondan kənarda yaşayış məntəqələrinin atəşə tutulmasını, o cümlədən də Azərbaycanın Bərdə şəhərinə edilən hücumu qınayır. BakuCity.az xəbər verir ki, bu barədə BMT Baş Katibinin mətbuat katibi Stefan Düjarrik Nyu-Yorkda keçirdiyi brifinqdə bildirib. “Çoxsaylı insan ölümünə və xeyli sayda insanın yaralanmasına səbəb olan Bərdə şəhərinə edilən hücum da daxil olma...
Cəmiyyət
Ermənistanın daha 51 hərbçisi ordumuz tərəfindən məhv edilib. İşğalçı Ermənistan Azərbaycan ordusunun əks-hücumu nəticəsində məhv edilən hərbçilərinin sayını açıqlayıb. BakuCity.az xəbər verir ki, bu dəfə ordumuz 51 erməni hərbçisini məhv edib. Düşmən tərəf ümumilikdə 1 119 hərbçisinin öldürüldüyünü etiraf edib. (oxu.az) BakuCity.az
Cəmiyyət
Döyüş əməliyyatları davam edir. İşğal edilən Dağlıq Qarabağın müxtəlif istiqamətlərində oktyabrın 29-da intensiv döyüş əməliyyatları davam edir. BakuCity.az xəbər verir ki, bunu qondarma rejimin “mətbuat katibi” Vahram Poqosyan "Facebook" səhifəsində yazıb. “Hazırda Əsgəran bölgəsində şiddətli döyüşlər gedir: Avetaranots, Sgnax və Aknaxbyur”, - Poqosyan paylaşımında deyib. Qeyd edək ki, sentyabrın 27-dən başlayaraq Azərbaycan Ordusu işğal edilən Dağlıq Qar...
Cəmiyyət
Ermənistan ordusunda qiyam baş verib. Ermənistan silahlı qüvvələrinin 3-cü Ordu Korpusunun alaylarından birində qiyam baş verib.  BakuCity.az xəbər verir ki, qiyam baş verən korpus Ermənistanın şimalında və şimal-şərqində, Azərbaycanla sərhəddə yerləşdirilib. Alaydakı muzdlular Dağlıq Qarabağdakı döyüş bölgəsinə yenidən yerləşdirmə əmrinə tabe olmaqdan kütləvi şəkildə imtina ediblər. ( trend ) BakuCity.az
Cəmiyyət
Döyüşlərin davam etdiyini isiqamətlər. Ermənistan silahlı qüvvələrinin bölmələri oktyabrın 28-i gün ərzində və 29-na keçən gecə cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və yaşayış məntəqələrimizi müxtəlif silahlardan, o cümlədən artilleriya və raketlərdən atəşə tutub. BakuCity.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib. Döyüş əməliyyatları əsasən cəbhənin Xo...