Bakıda turistin Yeni ildə iki barmağı kəsilib - VİDEO

Bakıda turistin Yeni ildə iki barmağı kəsilib - VİDEO, Javid

Pirotexniki vasitə əcnəbi turistə ciddi xəsarət yetirib

Bakucity.az xəbər verir ki, hadisə 31 dekabr tarixində axşam saatlarında Bakıda baş verib. 34 yaşlı Türkmənistan vətəndaşı Yeni ili qeyd etmək üçün pirotexniki vasitəni yandırıb. Bu zaman həmin vasitə əlində partlayıb. Nəticədə həmin şəxsin sağ əlinin iki barmağı ciddi şəkildə zədələnib. Xəstəxanaya çatdırılan yaralını həkimlər dərhal əməliyyata götürüblər.

Əməliyyat zamanı zədələnən hər iki barmaq amputasiya edilib. Həkim-cərrah Rəşad Əkbərlinin sözlərinə görə, həmin şəxs pirotexniki vasitədən düzgün istifadə etmədiyi üçün bədbəxt hadisə baş verib.

Qeyd edək ki, bayramdan öncə Fövqəladə Hallar Nazirliyi pirotexniki vasitələrdən istifadə zamanı onun hər an həyati təhlükə yaradacağı haqda dəfələrlə xəbərdarlıqlar etmişdi. (Xezerxeber)

Bakucity.az

https://www.youtube.com/watch?v=DEel-R6LJLQ

Pirotexniki vasitə
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər