Qız qalası və Şirvanşahlar Sarayı turizm rekordu qırdı

Qız qalası və Şirvanşahlar Sarayı turizm rekordu qırdı, Javid

İçərişəhər tursitlərin ən sevdiyi məkanlardan birinə çevrilib

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən bakucity.az-a verilən məlumata görə, ötən il Qız qalası və Şirvanşahlar Sarayı Kompleksini 250 mindən çox turist ziyarət edib.

Bu iki qədim abidə İçərişəhərin ən çox maraq duyulan və ziyarət edilən məkanlarından olub. Ötən il ərzində Şirvanşahlar Sarayı Kompleksini ziyarət edən 100 mininci ziyarətçi idarə tərəfindən müəyyən edilərək xatirə hədiyyələri və xüsusi sertifikatla təltif edilib. Bu il bu ənənənin Qız qalasının ziyarətçiləri üçün də tətbiq edilməsi planlaşdırılır.

Bakucity.az

Turizm
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər