Bakıda "Yeni İl əksinə" şou-tamaşası göstərilib - FOTO/VİDEO

Bakıda "Yeni İl əksinə" şou-tamaşası göstərilib - FOTO/VİDEO

Uşaq əyləncələrinin təşkilində yeni istiqamət.

Bakucity.az xəbər verir ki, paytaxtda "Yeni il əksinə" adlı Yeni İl şou-tamaşa keçirilib.

Tədbir "Happy Events Studio" şirkəti tərəfindən təşkil olunub.

Şou-proqram müxtəlif oyunlar, dadlı yeməklər daxil olmaqla, sürprizlərlə dolu keçib və ən maraqlısı isə uşaqlar üçün xüsusi hazırlanmış "Yeni İl əksinə" adlı şou-tamaşa  göstərilib.

Uşaqlara müxtəlif müsabiqələr və viktorinalara qatılmaq imkanı verilib, qaliblər təşkilatçılar tərəfindən mükafatlandırılıb.

"Qeyri-adi nəsə yaratmağa can atmadıq. Yeni İl tədbirimizin əsas məqsədi uşaqları sevindirmək idi. Tamaşada çalışmışıq ki, bütün həyati çətinliklərə baxmayaraq, həqiqi dostluğun qorunmasının vacibliyini göstərək. Tamaşa əyləndirməklə yanaşı, birinci növbədə maarifləndirici xarakterdə qurulub”, - deyə “Happy Events Studio" şirkətinin direktoru Olqa Nağıyeva Bakucity.az-a bildirib. 

Şouda müxtəlif musiqi və rəqs nömrələri ilə davam edib.

Şahin Hüseynovun rəhbərlik etdiyi məşhur “Grifon Dance Studio” qrupu tamaşaçılara hip-hop üslubunda gözəl rəqs nümunəsi təqdim edib.

Qeyd edək ki, Şahin Hüseynov ötən il Uman şəhərində keçirilən V Beynəlxalq xoreoqrafiya festival-müsabiqəsi - "Global - Dance"də münsiflər heyətində Azərbaycanı təmsil edib. 

Sonda təşkilatçılar tərəfindən uşaqlara yeni il hədiyyələri paylanıb. 

Bakıda "Yeni İl əksinə" şou-tamaşası göstərilib - FOTO/VİDEO, fotoşəkil-1 Bakıda "Yeni İl əksinə" şou-tamaşası göstərilib - FOTO/VİDEO, fotoşəkil-2 Bakıda "Yeni İl əksinə" şou-tamaşası göstərilib - FOTO/VİDEO, fotoşəkil-3 Bakıda "Yeni İl əksinə" şou-tamaşası göstərilib - FOTO/VİDEO, fotoşəkil-4 Bakıda "Yeni İl əksinə" şou-tamaşası göstərilib - FOTO/VİDEO, fotoşəkil-5 Bakıda "Yeni İl əksinə" şou-tamaşası göstərilib - FOTO/VİDEO, fotoşəkil-6 Bakıda "Yeni İl əksinə" şou-tamaşası göstərilib - FOTO/VİDEO, fotoşəkil-7 Bakıda "Yeni İl əksinə" şou-tamaşası göstərilib - FOTO/VİDEO, fotoşəkil-8 Bakıda "Yeni İl əksinə" şou-tamaşası göstərilib - FOTO/VİDEO, fotoşəkil-9

Cəmilə Amirova

Bakucity.az

"Yeni il əksinə"
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər