"Keşlə" I Divizion klubu ilə qarşılaşacaq

"Keşlə" I Divizion klubu ilə qarşılaşacaq

Matçın Türk Hava Yolları Futbol Mərkəzində keçirilməsi nəzərdə tutulur.

Bakucity.az xəbər verir ki, yanvarın 5-də Bakıda təlim-məşq toplanışına başlayacaq Tərlan Əhmədovun rəhbərlik etdiyi kollektiv 4 gün sonra I Divizion təmsilçisi “Qaradağ-Lökbatan”la qarşılaşacaq.

Məlumatı klubun Mətbuat xidməti verib.

Qeyd edək ki, “Keşlə” yanvarın 12-də Türkiyənin Antalya şəhərinə təlim-məşq toplantısına yola düşəcək. İki həftə ərzində 4 oyunun keçirilməsi nəzərdə tutulub. Paytaxt təmsilçisi yanvarın 17-də Qazaxıstan “Okjetpes”i, 23-də Rumıniya “Konkordiya”sı, 25-də isə Rusiya "Çertanovo"su ilə qarşılaşacaq. Yanvarın 20-də nəzərdə tutulan oyundakı rəqib isə hələ məlum deyil.

Bakucity.az

"Keşlə"
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər