Bakıda güclü küləyin fəsadları – FOTO

Bakıda güclü küləyin fəsadları – FOTO

Ötən gündən əsməyə başlayan güclü külək fəsadlar törədib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyində Bakucity.az-a verilən məlumata görə, külək Bakı Dairəvi-1 avtomobil yolunda, Yeni Yasamal yaşayış massivinə gedən yolun kəsişməsində yerləşən 10 metr hündürlüyə malik T tipli məlumatverici lövhəni aşırıb.

İnsident nəticəsində Yeni Yasamal yaşayış massivinə gedən yolda, həmçinin Bakı Dairəvi-1 avtomobil yolunda avtonəqliyyat vasitələrinin hərəkətində maneə yaranıb.

Agentliyin əməkdaşları aşan lövhəni ərazidən kənarlaşdırıblar.

Bakucity.az

Külək
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər