Bakıda avtobusun törətdiyi qəza nəticəsində yaralananlar barədə xəbər yayılıb

Bakıda avtobusun törətdiyi qəza nəticəsində yaralananlar barədə xəbər yayılıb

Evakuatorla sərnişin avtobusunun toqquşması nəticəsində xəsarət alanlar barədə xəbər var

Bakucity.az xəbər verir ki, ötən gün Binəqədi-Balaxanı yolunda baş verən qəzada xəsarət alanların vəziyyəti məlum olub.

Trend-in məlumatına görə, ötən gün saat 17:00 radələrində “Qazel" markalı nəqliyyat vasitəsini daşıyan təxliyə avtomobili 108B nömrəli müntəzəm marşrut xətti ilə hərəkət edən avtobusla toqquşması nəticəsində 4 nəfər xəsarət alıb. Onlar Təcili Tibbi Yardım vasitəsi ilə 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıblar.

Xəstəxanadan verilən məlumata görə, qəzada xəsarət alan 1985-cil təvəllüdlü Mikayılov Bəhruz Ərzalı oğlu, 1985-ci il təvəllüdlü Quliyev Ceyhun Sabir oğlu və 2000-ci il təvllüdlü Əhmədova Rövşanə Sədiyar qızı ilkin tibbi yardımdan sonra ambulator müalicəyə buraxılıblar.

Avtobusun sürücüsü 1971-ci il təvəllüdlü Mirzəyev Vüqar Zöhrab oğlu isə reanimasiya şöbəsinə yerləşdirilib. Şöbədən bildirilib ki, xəstənin vəziyyəti hazırda ağırdır, o, süni nəfəs aparatına qoşulu vəziyyətdədir.

Bakucity.az

Qəza
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər