Rusiyanın Xalq artisti Denis Matsuyev Bakıda konsert verəcək

Rusiyanın Xalq artisti Denis Matsuyev Bakıda konsert verəcək, Javid

Dünyaca məşhur virtuoz pianoçu Heydər Əliyev Sarayında konsert verəcək

Bakucity.az xəbər verir ki, aprelin 8-də dünyaca məşhur virtuoz pianoçu, Rusiyanın Xalq artisti, UNESCO-nun xoşməramlı səfiri Denis Matsuyev Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edəcək.

Müğənni konsertdə öz repertuarından hit mahnılarla yanaşı, dünya bəstəkarlarının əsərlərinə də müraciət edəcək.

Biletləri şəhərin kassalarından, bütün “ASAN Xidmət” və onlayn iticket.az-dan əldə etmək olar.

Denis Matsuyevın sürətli yüksəlişi 1998-ci ildə Moskvada P.İ.Çaykovski adına beynəlxalq müsabiqədəki qələbədən sonra başlayıb. Bu gün Denis Matsuyev dünyanın ən yaxşı konsert zallarının arzuolunan qonağı, ən nəhəng musiqi festivallarının mühüm iştirakçısı, Rusiya, Avropa, Şimali Amerika və Asiya ölkələrinin aparıcı simfonik orkestrlərinin daimi tərəfdaşıdır.

Bakucity.az

konsert
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər