Bakıda bir şəxs arvadına sataşan 2 qardaşı güllələyib

Qətlin təfərrüatları məlum olub

Bakucity.az xəbər verir ki, qəsdən adam öldürmə maddəsi ilə məhkum olunan Tərlanov Zaur Ənvər oğlunun məhkəmə prosesi yanvar ayının 17-də Ali Məhkəmənin hakimi Fərhad Əliyev tərəfindən keçiriləcək. 

Qeyd edək ki, 2016-cı ildə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Z.Tərlanov ömürlük azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Bakı Apellyasiya Məhkəməsi işin hallarını araşdıraraq, müdafiə tərəfinin apellyasiya şikayətini təmin etməyib və hökmü dəyişdirilmədən saxlayıb. Məhkumun vəkili Ali Məhkəməyə kassasiya şikayəti verib. Ali Məhkəmənin qərarına əsasən, Bakı Apellyasiya Məhkəməsinin qərarı ləğv edilib və iş yeni apellyasiya baxışına göndərilib. 

Baş Prokurorluq Qaradağ rayonunda törədilmiş bu qətllə bağlı məlumat yayıb. Məlumatda bildirilir ki, 2015-ci il yanvarın 8-də saat 17 radələrində Qaradağ rayonu, Sahil qəsəbəsində yaşayan Zaur Tərlanov aralarında yaranmış mübahisə zəminində özünə məxsus "Vinçester" markalı odlu silahdan Sahil qəsəbəsinin girişində yolun kənarında dayanmış "Lexus" markalı avtomobilin içində oturmuş həmin qəsəbə sakinləri 1980-ci il təvəllüdlü Cavid və 1985-ci il təvəllüdlü Cahid Rəhimov qardaşlarına bir neçə dəfə atəş açaraq, onları qəsdən öldürüb, hadisə yerindən qaçıb. 

İstintaq zamanı məlum olub ki, qətl törədən Zaur Tərlanov "Standartbank"ın Qaradağ rayonunda yerləşən filialının işçisi olub. Öldürülən qardaşlar isə Dərin Özüllər Zavodunda işləyiblər. Güllələnən qardaşlardan birinin Zaur Tərlanovun xanımı ilə yaxın əlaqələri olub. Zaur bununla bağlı qardaşları görüşə çağırıb. Söhbət zamanı qətlə yetirilən qardaşlar Zaura hədə-qorxu gəliblər. Yanvarın 8-də axşam saatlarında Zaur Tərlanov işdən qayıdan qardaşların "Lexus" markalı maşınının (dövlət nömrə nişanı 90 RC 008) qarşısını kəsərək odlu silahla onlara atəş açıb. Qətli törədən və qətlə yetirilən qardaşlar bir qəsəbənin, yəni Sahil qəsəbəsinin sakinləri olublar. Araşdırmalar zamanı qətllə bağlı səsləndirilən versiyalara kölgə sala biləcək faktlar da ortaya çıxıb. 

Belə ki, öldürülən qardaşların anası Nigar Rəhimova yüksək məbləğdə faizlə borca pul verirmiş. Bununla bağlı dəfələrlə narazılıqlar olub.Hər iki ailə arasında əvvəllər yaxın münasibətlər olub. Hətta qətli törətməkdə şübhəli bilinən Zaur Tərlanovun bankdan aşağı faizlə Rəhimovlar ailəsinə pul təşkil etdiyi və onların həmin pulları yüksək faizlə dövriyyə buraxdıqları də məlum olub. Sonralar hər iki ailə arasında münasibətlər pozulub. Zaurun toyunda da qardaşların anası və özləri iştirak ediblər. Güllələnən qardaşların və Zaur Tərlanovun ataları Dərin Özüllər Zavodunda bir yerdə işləyiblər. İstintaq zamanı məlum olub ki, əvvəllər də ailələr arasında narazılıqlar yaşanıb. Zaur öz həyat yoldaşını yayılan xəbərlərə görə dəfələrlə döyüb. Qətli törədən şəxsin xanımı ilə adı hallanan qardaşlardan biri Zaura bu xəbərlərin şayiə olduğunu deyib. Araşdırma zamanı Zaur Tərlanovun Bakının mərkəzindən ev aldığı və onun xanımının həmin evdə yaşadığı da ortaya çıxıb. Zaur Tərlanov kimi qətlə yetirilən qardaşlar da ailəli olublar.

Bakucity.az

Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
267 baxış yanvarda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Hakimiyyət
Daxili işlər orqanlarında yeni təyinatlar olub. Bakucity.az xəbər verir ki,  Sumqayıt Şəhər Polis İdarəsinin rəisi Əkbər İsmayılov vəzifəsindən azad olunaraq Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi, Nərimanov Rayon Polis İdarəsinin rəisi Nəriman İmanov vəzifəsindən azad olunaraq Sumqayıt Şəhər Polis İdarəsinin rəisi, Yevlax rayon Polis şöbəsinin rəisi Vaqif Müslümov vəzifəsindən azad olunaraq Nərimanov Rayon Polis İdarəsinin rəisi, Şəmkir rayon Polis şöbəsi...
Mədəniyyət
Xidmətlərə nələr daxildir və qiymətlər cibimizə uyğundurmu? Çin mətbəxi bütün dünyada yetərincə məşhurdur. Bakıda da son illər bu ölkənin mədəniyyətinə və mətbəxinə maraq getdikcə artır. Müxtəlif dadların zənginliyini özündə cəmləşdirən Çin mətbəxinin əsas özəlliyi odur ki, burada təamlar mövcud ölkənin damaq dadına uyğunlaşdırılaraq hazırlanır. Bakucity.az Çin mətbəxi ilə maraqlananlar üçün Bakıdakı Çin restoranları barədə material hazırlayıb. Bu araşdırm...
Hakimiyyət
Bakı Nəqliyyat Agentliyinə yeni təyinat baş tutub Bakucity.az xəbər verir qurumun İctimaiyyətlə Əlaqələr sektorunun müdiri vəzifəsinə Rəvanə Əliyeva gətirilib. R. Əliyeva özü bu barədə sosial şəbəkədə məlumat yayıb. O, bundan əvvəl BNA-nın PR şöbəsində baş məsləhətçi vəzifəsində işləyib. Qeyd edək ki, Mayis Ağayev qurumun mətbuat katibi kimi öz fəaliyyətini davam etdirəcək. Bakucity.az
Ekologiya
Sabaha gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Bakucity.az verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 18-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə yağıntılı olacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Güclü şimal-qərb küləyi günün ikinci yarısında tədricən mülayimləşəcək. Havanın temperaturu Bakıda və Abşeron yarımadasın...
Biznes
AZAL-dan açıqlama verildi Bakucity.az xəbər verir ki, paytaxt ərazisində müşahidə edilən hava şəraiti Azərbaycan Hava Yollarının hərəkət cədvəlinə təsir göstərməyib. Bu barədə AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski məlumat verib. Onun sözlərinə görə, bütün reyslər qrafik üzrə gedir: “Paytaxt ərazisində mövcud vəziyyət Heydər Əliyev Hava Limanının işinə heç bir mənfi təsir göstərməyib. Hazırkı vəziyyətdə bütün reyslər qrafik üzrə hərəkət edir”....
Cəmiyyət
Prezident İlham Əliyev qanun imzaladı Bakucity.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu imzalayıb. Çoxmənzilli binaların idarə edilməsi qaydalarının pozulmasına görə cəzaları müəyyən edir. Məcəlləyə əlavə edilən 393-1-ci (Mənzil qanunvericiliyinin pozulması) maddəyə əsasən, kooperativ binanın tikintisi və ya yenidən qurulması tam başa çatdıqdan və həmin binada mövcud olan yaşayı...
Hakimiyyət
Daxili işlər naziri əmr imzaladı Bakucity.az xəbər verir ki, Daxili işlər naziri, general-polkovnik Ramil Usubov yeni təyinatlarla bağlı əmr verib. Bunu da oxu: Beyons Bakıya gəlir? Səbail rayon Polis İdarəsinin rəisi, polkovnik Şəmşir Kazımov yanvarın 15-də vəzifəsindən azad olunub. Hazırda onun vəzifəsini İdarənin əməliyyat işləri üzrə rəis müavini icra edir.  Ş.Kazımov isə İsmayıllı Rayon Polis Şöbəsinin rəisi təyin edilib. Bir neçə gün öncə İsmayıllı R...
Mədəniyyət
Ulduz müğənninin "Formula 1"də çıxış edəcəyi deyilir Bakucity.az xəbər verir ki, dünyaca məşhur müğənni Beyonsun Azərbaycana gələcəyi barədə məlumat yayılıb. Sosial şəbəkələrdə yayılan afişada 37 yaşlı pop ulduzun adı əks olunub. Qeyd olunub ki, Beyons Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində təşkil olunan konsertdə çıxış edəcək.  “Baku Grand Prix” şirkətinin mətbuat katibi Nigar Arpadarai  Bakıya gələcək ulduzların adının hələ müəyyənləşmədiyini qeyd...
Cəmiyyət
Hava xəbərləri cəmiyyətdə həyacan yaradıb. Bakucity.az xəbər verir ki, dünəndən havanın kəskin dəyişəcəyinə dair xəbərlər cəmiyyətdə müəyyən qədər həyəcan doğurub.  Bunu da oxu: Bakıda külək dayanacağı dağıtdı - FOTO Paytaxda bir çox ərzaq mağazalarında çörək və şama kəskin tələbat yaranıb. İnsanlar ehtiyatlı tərpənərək “qara gün” üçün hazırlıq görüblər.  ATV-nin əməkdaşı Pərvin Əsgərlinin və jurnalist Ruslan Rəhimovun sosial şəbəkədə paylaşdığı fotolar da...