Bakıda “Donuz qripi” təhlükəsi varmı? - Əlamətlər - bakucity.az

Bakıda “Donuz qripi” təhlükəsi varmı? - Əlamətlər

Gürcüstanda artıq 158 nəfər “donuz qripi”nə yoluxub, karantin elan olunub.

Gürcüstanda H1N1 virusuna (donuz qripi) yoluxmadan ölənlərin sayı 8 nəfərə çatıb. Hazırda 130-a yaxın insan virusdan xəstəxanada müalicə alır. Hələlik ölkəmizdə  donuz qripinə yoluxma halları qeydə alınmasa, yoluxma riski yüksək sayılır. Bu səbəbdən də Səhiyyə Nazirliyi müxtəlif profilaktiki tədbirlər görməkdədir.  

Bakucity.az Səhiyyə Nazirliyinin baş infeksionisti Cəlal İsayevin Medicina.az-a müsahibəsini təqdim edir:

- Cəlal doktor, qripə yoluxma ehtimalı hansı halda daha yüksəkdir? 

- Qrip virusları soyuğa çox davamlıdır. Payızın gəlməsi, havaların soyuması ilə virusların xarici mühitdə qalma ehtimalı çox olur. İnsanların da təmas ehtimalı artdığı üçün payız və qış aylarında insanlar daha çox qripə yoluxurlar.  

Son günlər Gürcüstanda,  Rusiyada, yaxın qonşularımızda "donuz qripi”nin yayılması barədə məlumatlar verilir. İnsanlarımız bu ölkələrə gedib-gəlirlər. Bu da belə virusların ölkəmizdə yayılması riskini yaradır. Hazırda ölkəmizdə epidemioloji vəziyyət yoxdur. Əvvəlki illərdə ölkəmizdə adi qriplər necə yayılmışdı, bu il də elə hallar var. Bunların hansı qrip virusları olduğunu da dəqiq deyə bilmərik. Çox güman ki, qonşu ölkədə "donuz qripi” varsa, bizim üçün də risk var.     

Hazırda mənim çalışdığım Bakı şəhəri 1 saylı Klinik Tibbi Mərkəzdə qrip virusu ilə xəstə yatmır, elə ağır xəstəmiz yoxdur.  

- "Donuz qripi”nin hansı spesifik xüsusiyyəti var?

- Heç bir spesifik xüsusiyyəti yoxdur. Adi qriplərdə olduğu kimi eyni klinik əlamətlərə, gedişə malikdir. "Donuz qripi” əvvəllər yayılmış quş qripindən zəifdir.  

- Tutaq ki, mən donuz qripinə yoluxsam, bunu necə hiss edə bilərəm?

- İlk gündən temperaturun olur, başın ağrıyır, zəiflik, halsızlıq, əzələ ağrıları olur. Bu xəstəliyin əlamətləri ilk gündən səni yatağa sala bilər. Xəstəliyin ikinci, üçüncü günündən zökəm əlamətləri olur. Burun tutulur, asqırırsan, burnumuzdan selikli  ifrazat, gözümüzdən su axır.    

- Bu zaman nəyə diqqət yetirmək lazımdır?  

- Bu xəstəlikdə temperatur yüksək olan zaman insan yataq rejimində qalmalı, özbaşına müalicə qəbul etməməlidir. İnsanlar qrip olan zaman qaçıb antibiotik alır. Antibiotik qəbul etmək olmaz. Həkim nəzarətində verilən dərmanları qəbul etmək lazımdır. Qrip olan şəxs temperaturu ola-ola, xəstəlik davam edə-edə ətraf mühitdə gəzməməlidir. Birincisi, bu, insanın özünün sağlamlığı nöqteyi-nəzərindən vacibdir. Çünki bu halda ağırlaşmalar baş verə bilər. İnsan qrip zamanı gəzirsə, soyuq olursa, digər orqanlara bakterial infeksiyalar keçirsə, ağırlaşmalar baş verir. Ona görə də insanlar yataq rejimində olmaqla həm özlərini qoruyur, həm də ətrafda olan insanları qorumuş olur. 

Əgər xəstələnmişiksə, bir yana getmək məcburiyyətindəyiksə, ən azı tibbi maskadan istifadə etməliyik. Yaxud sağlamıqsa, tutaq ki, qripə yoluxma ehtimalının olduğu hər hansı xəstəxanaya getmişiksə, tibbi maskadan istifadə etməliyik. Eyni zamanda qidalanmağımıza yaxşı diqqət yetirməliyik. 

- Qidalanma xəstəlikdən qorunmaqda nə dərəcədə rol oynayır?

- Xəstələnməyin bir səbəbi də orqanizmin immun sisteminin zəif olmasıdır. İmmun sistemi zəif olan insanlar qripi, başqa xəstəlikləri ağır keçirir. İmmun sistemimizi gücləndirmək üçün də qidalanmağımıza fikir verməliyik.  Daha çox açıq havada olmalı, streslərdən qaçmalıyıq, yuxumuz normal olmalıdır. Bütün bunlara əməl etsək, qripə yoluxsaq belə, yüngül keçirərik.   

- Hansı qidalardan daha çox istifadə edilməlidir?

- Daha çox təbii qidalardan istifadə edilməlidir. Yəni meyvə-tərəvəzdən, göy-göyərtidən daha çox istifadə edilməlidir. Bu qidalar minerallarla, vitaminlərlə zəngidir. Məsələn, məsləhət görərdim ki, qışda soğandan, sarımsaqdan daha çox istifadə edilsin. Soğan və sarımsaq tək qrip yox, digər bakteriyalar əleyhinə də yaxşı təsirə malikdir. Bitki çaylarından daha çox istifadə edilməsi də məsləhətdir. İnsanlar normal qidalanmalı, yağlı, piyli, o cümlədən süni qidalardan uzaq gəzməlidir. Süni qidalar dedikdə polfabrikatları nəzərdə tuturam. Kolbasa məmulatlarından da uzaq olmaq lazımdır. Eyni zamanda "Pepsi”, "Cola, "Fanta” kimi qazlı, şirəli, müxtəlif qarışıqlara malik məhsullardan uzaq olsunlar.     

- Ümumiyyətlə, "donuz qripi” insan həyatı üçün nə dərəcədə təhlükəlidir?

- Əgər diqqət yetirməsək, nəzarət etməsək, istənilən xəstəlik bizim üçün təhlükəlidir. Nəzarət olunan xəstəlik elə bir təhlükə törətmir. Qripin də ölüm faizi aşağıdır. Qripdən ölüm 4 faiz, bəzi müəlliflərə görə isə 6 faiz olur. Yəni qripin müxtəlif klinik formaları var. Ağır gedişat daha çox körpə uşaqlarda, bir də 60-dan çox yaşı olan insanlarda özünü büruzə verir. Yaşlı insanlarda ürək-damar sistemində müxtəlif pozğunluqlar meydana çıxır. Qripin də ən çox təsir etdiyi ürək-damar sistemidir. Körpələrin immun sistemi zəif, hələ tam formalaşmamış olur. Ona görə də xəstəliyi ağır keçirir. 

Xroniki xəstəliyi olan insanlar da qripi ağır keçirir. Bu sadaladığım 3 qrup əsas risk qrupudur. Belə insanlar özlərini qripdən daha çox qorumalıdırlar. 

Qrip viruslarının A, B və C kimi tipləri var.  "Donuz qripi”, "quş qripi” A virusunun variantlarıdır, sadəcə, ştampları dəyişir. Hansı ştampa yoluxursansa yolux, klinik gedişi eynidir. Müəyyən yeni ştamplar meydana çıxanda xəstəlik nisbətən ağır keçir. 

Ümumiyyətlə, qripə barmaqarası baxmaq olmaz. Keçən əsrin əvvəllərində İspan virusu 50 milyona qədər insanın həyatına son qoyub.         

- "Donuz qripi” ilə bağlı ölkədə aparılan hazırlıq işləri hansı səviyyədədir?

- Bu işlər həmişə diqqət mərkəzində saxlanılır. Hazırda donuz qripi yayılmayıb. Əgər yayılma halı olarsa, lazım gəlsə, məktəblərdə tədris müvəqqəti dayandırıla, müəyyən məhdudiyyətlər də qoyula bilər. Qriplə bağlı hazırlıqlar kampaniya xarakteri daşımır. Hər zaman Səhiyyə Nazirliyi hazırlıq tədbirlərini görür, tapşırıqlar verir, həkimlərə treninqlər təşkil edir. Elə mətbuatın xəbərləri özü də əhalinin maarifləndirilməsi baxımından önəmlidir.

Bakucity.az

Donuz qripi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Cəmiyyət
Milli Qurtuluş Gününə həsr olunmuş konsrtlər Bakucity.az xəbər verir ki, iyunun 13-də Bakı Şəhər İcra Hakimiyyətinin və Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin birgə təşkilatçılığı ilə 15 İyun Milli Qurtuluş Günü münasibəti ilə Bakı şəhərinin Suraxanı və Xəzər rayonlarında konsertlər keçirilib. Konsertlərdə sevilən sənətkarların və tanınmış incəsənət ustalarının  çıxışları tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Qeyd edək ki, Milli Qurtuluş gününə hə...
Hadisələr
Paytaxtda su xəttində qəza baş verib Bakucity.az xəbər verir ki, qəza Məhəmməd Hadi küçəsi, 51 ünvanında (Ukrayna dairəsi yaxınlığı) qeydə alınıb.  Baş vermiş qəzanın aradan qaldırılması üçün sözügedən qurumun əməkdaşları tərəfindən ərazidə qazıntı-bərpa işləri aparılır. Sürücülərdən diqqətli olmaları xahiş olunur. Qeyd edək ki, mayın 31-də həmin ərazidə analoji hadisə baş verib. Bakucity.az
Hadisələr
Qaradağ rayonunda iki azyaşlı itkin düşüb Bakucity.az xəbər verir ki, 2004-cü il təvəllüdlü Fuad Elnur oğlu Əliyev və qonşusu 2005-ci il təvəllüdlü Qəhrəman Vüqar oğlu Cəfərli iyunun 12-si saat 08 radələrində məktəbə getmək adı ilə evdən çıxıb və geri qayıtmayıblar.  Azyaşlıların valideynləri bununla bağlı rayonun 10-cu polis bölməsinə müraciət ediblər.  Hazırda yeniyetmələrin axtarışları davam edir. Qeyd edək ki, ötən sutka ərzində hüquq-mühafizə orqanlar...
Hadisələr
Bakıda intihar hadisəsi baş verib Bakucity.az xəbər verir ki, Yasamal rayonunda ana və qızı yaşadıqları binanın 10-cu mərtəbəsindən özlərini atıb.  Nəticədə onların hər ikisi hadisə yerindəcə keçinib. Hadisənin səbəbləri araşdırılır. *** İntihar edən şəxslər 1964-cü il təvəllüdlü Allahverdiyeva Rübabə Cümşüd qızı və onun qızı 1990-cı il təvəllüdlü Allahverdi Xədicə İsmayıl qızıdır. Bildirilir ki, əvvəl ana, sonra isə qızı özünü 10-cu mərtəbədən ataraq inti...
Hadisələr
Bakıda daha bir yol qəzası baş verib Bakucity.az xəbər verir ki, metronun “20 Yanvar” stansiyası yaxınlığındakı tuneldə  Sumqayıt istiqamətinə gedən avtomobilin sürücüsü idarəteməni itirib. Nəticədə maşın yol kənarına çırpılıb. Qəza nəticəsində xəsarət alanların olduğu bildirilir. (baku.ws) Bakucity.az
Ekologiya
Paytaxtda sabaha gözlənilən hava şəraiti açıqlanıb Bakucity.az xəbər verir ki, iyunun 15-də Bakıda və Abşeron yarımadasında hava yağmursuz keçəcək. Mülayim şimal küləyi gündüz şimal-şərq küləyi əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 20-24, gündüz 28-33, Bakıda gecə 21-23, gündüz 29-31 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi 754 mm civə sütunundan 760 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 60-70, gündüz 30-35 faiz olacaq....
Mədəniyyət
“Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam!” Bakucity.az xəbər verir ki, 15 iyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam!” adlı bayram konserti iyunun 13-də, Heydər Əliyev Sarayında gerçəkləşib. Konsertin aparıcısı Elcan Rəsulov olub. Konsert proqramı saat 19:00-da Azərbaycan Dövlət Rəqs Ansamblının çıxış ilə başlayıb. Gecədə Azərbaycanın sevilən və tanınmış s...
Biznes
Bu gün Bakı-Batumi marşrutu ilə ilk aviareysi keçirildi Bakucity.az xəbər verir ki, “Buta Airways”in bu marşrutu Gürcüstana yerinə yetirdiyi ikinci reysdir. “Buta Airways” Bakıdan Tbilisiyə də reyslərə həyata keçirir. Bakıdan Batumiyə ilk reysin işə düşməsi tənətənəli mərasimlə qeyd edilib. Mərasimdə Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze iki ölkə arasında böyük turizm potensialının olduğunu deyib: “Bakı-Batumi reysinin açılması təkcə turizm sah...
Mədəniyyət
Bu, “The Salamanca Band & Bugles of The Rifles”in Bakıya növbəti səfəridir Bakucity.az xəbər verir ki, ötən gün Fəvvarələr meydanında açıq səma altında Azərbaycan Müdafiə Nazirliyinin Əlahiddə Nümunəvi Hərbi Orkestrinin və Böyük Britaniya və Şimali İrlandiya Kral Ordusunun “The Salamanca Band & Bugles of The Rifles” hərbi orkestrinin konserti və birgə nümunəvi çıxışları olub. Konsert proqramını Azərbaycanın Müdafiə naziri general-polkovnik Zakir Həsənov, B...