Bakıda “Monsterlər ailəsi” təqdim ediləcək

Bakıda “Monsterlər ailəsi” təqdim ediləcək, Javid

“Monsterlər ailəsi” animasiya filmi dublyaj edilib

Bakucity.az xəbər verir ki, “Cinemazadeh” studiyasında Azərbaycan dilinə peşəkar səviyyədə dublyaj edilən “Monsterlər ailəsi” animasiya filmi yanvarın 10-dan etibarən “CinemaPlus” kinoteatrlar şəbəkəsində təqdim olunacaq.

Dublyajın redaktoru Vüqar Hüseynov, rejissoru Rövşən Məmmədli, səs operatoru Vüsal Əbdulhəsənov, səs rejissoru Orxan Ağalarov, post-prodakşn Rüfət Kərimzadə, icraçı prodüser Emil Davudzadə, baş prodüser Cəfər Axundzadədir.

Animasiya filmini Vüsal Xaliqoğlu, Elşən Rüstəmov, Əlixan Rəcəbov, Rövşən Məmmədli və başqaları səsləndiriblər.

Cizgi filminin rejissoru Leopoldo Aguilardır. (AzərTac)

Bakucity.az

“Cinemazadeh”
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər