Bakıda "Yeddi gözəl" çıxdı

Bakıda "Yeddi gözəl" çıxdı

Kitab sənət adamlarının həyatından maraqlı hekayələrlə doludur.

Bakucity.az xəbər verir ki, Mədəniyyət Nazirliyinin dəstəyi ilə Bakıda Qara Qarayevin baleti haqqında "Yeddi gözəl" adlı  kitab işıq üzü görüb.

Kitabın müəllifi sənətşünaslıq üzrə fəlsəfə doktoru Natalya Dadaşovadır.

Bu nəşrdə "Yeddi Gözəl" baletinin bu günə qədərki səhnə həyatından, tarixindən bəhs edilir. Həmçinin oxucular məşhur xoreoqrafların, dirijorların, rəssamların həyat və yaradıcılıq fəaliyyəti ilə tanış ola bilərlər.

Kitab "Şərq-Qərb" nəşriyyatı tərəfindən rus dilində çap olunub. 

Cəmilə Amirova

Bakucity.az 

Yeddi gözəl
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər