"Keşlə" Syerra-Leone yığmasının futbolçusunu transfer etdi

"Keşlə" Syerra-Leone yığmasının futbolçusunu transfer etdi

"Keşlə" Qazaxıstan "Tobol"unun futbolçusu Con Kamaranı transfer edib.

Bakucity.az xəbər verir ki, Syerra-Leonedən olan dayaq yarımmüdafiəçisi ilə 1,5 illik müqavilə bağlanılıb.

30 yaşlı oyunçu Con Kamara "Kaysar"a 2016-cı ilin dekabrında keçib.  O, Qazaxıstan Premyer Liqasında 53 oyuna 1 qol vurub. Ötən mövsüm 23 matça çıxan Kamaraya "Transfermartk" 400 min avro qiymət qoyub. Əvvəllər Livan, Yunanıstan və Latviya klublarının da formasını geyinmiş təcrübəli futbolçu Syerra-Leone yığmasına 11 dəfə dəvət alıb. 

Bakucity.az

"Keşlə"
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər