Xalça Muzeyində növbəti tədbirin mövzusu bilindi

Xalça Muzeyində növbəti tədbirin mövzusu bilindi

Növbəti mühazirə xovsuz xalçalar barədə olacaq.

Bakucity.az xəbər verir ki, yanvarın 12-də Azərbaycan Xalça Muzeyində Azərbaycan Milli Elmlər Akademiyasının Memarlıq və İncəsənət İnstitutunun şöbə müdiri, Əməkdar incəsənət xadimi, professor Kübra Əliyevanın “Xovsuz xalçalar” adlı mühazirəsi baş tutacaq.

Muzeydən verilən məlumata görə, mühazirədə xovsuz xalçaların tarixi inkişaf mərhələləri, növləri, toxunma texnologiyaları və məişətdəki rolundan bəhs olunacaq.

Mühazirə azərbaycan dilində olacaq və iştirak sərbəstdir.

Bakucity.az

Xovsuz xalça
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər