“Neftçi” də qapıçı aldı

“Neftçi” də qapıçı aldı

Klub daha bir transferi rəsmiləşdirib.

Bakucity.az xəbər verir ki, "Nefçi" təcrübəli qapıçı Aqil Məmmədovla 1,5 illik müqavilə bağlayıb.

29 yaşlı qolkiper komandasını 30 nömrəli forma ilə təmsil edəcək.

Bunadək “Bakı”, AZAL, “Qəbələ” klublarında çıxış etmiş Aqil Məmmədov 2015-2016-cı illərdə “Neftçi”nin qapısını qoruyub. O, Azərbaycan millisi və 21 yaşadək futbolçulardan ibarət yığma komandanın üzvü olub.

Bundan əvvəl üç yerli qapıçı qış fasiləsində transfer olunub. “Sumqayıt” Rəşad Əzizli və Aydın Bayramovu, “Qəbələ” isə Anar Nəzirovu rənglərinə bağlayıb.

Bakucity.az

"Nefçi" transfer
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər