Bakıda sərnişini hədələyən avtobus sürücüsü - VİDEO

Bakıda sərnişini hədələyən avtobus sürücüsü - VİDEO, Javid

Sürücü avtobusu telefonla danışaraq idarə edib, sərnişini hədələyib

Bakucity.az xəbər verir ki, Bakıda sürücü metronun “Koroğlu” stansiyasından Qala qəsəbəsinə qədər avtobusu telefonla danışaraq idarə edib.

10 dəqiqədən çox telefonla danışan sürücünü avtobusda olan sərnişinlərdən biri çəkib. Xanım sərnişin sürücüyə telefonla danışmağı barədə irad bildirsə də, o, öz hərəkətinə haqq qazandırmağa çalışıb. Hətta həmin sərnişini avtobusdan düşürməklə hədələyib.

Sərnişin hadisənin dünən axşam saatlarında baş verdiyini və 187 saylı avtobusun sürücüsünün telefonla danışaraq sərnişinlərin həyatını təhlükəyə atdığını deyib. Xəzər TV-nin video materialını təqdim edirik. 

Bakucity.az

Avtobus
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər