Bu ay “Gənclərə dəstək” üçün Bakıda konsertlər keçiriləcək

Bu ay “Gənclərə dəstək” üçün Bakıda konsertlər keçiriləcək, Javid

“Gənclərə dəstək” layihəsi çərçivəsində iki konsert proqramı təşkil olunacaq

Bakucity.az xəbər verir ki, hər iki konsert M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında və Filarmoniyanın nəzdində olan kamera və orqan musiqi zalında gerçəkləşəcək.

Yanvarın 23-də təqdim ediləcək birinci konsert “Qış kaleydoskopu” adı altında təşkil olunacaq.

Yanvarın 25-də təqdim olunacaq ikinci konserti Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestri müşayiət edəcək.

Mədəniyyət Nazirliyinin dəstəyi, “Mədəniyyət” kanalı və Azərbaycan Dövlət Filarmoniyasının birgə təşkilatçılığı ilə gerçəkləşən layihə çərçivəsində ötən il 20-dən çox konsert proqramı təqdim olunub. (AzərTac)

Bakucity.az

Filarmoniya
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər