Bakıda diyetik yemək təklif edən müəssisələr - ARAŞDIRMA

Diyetik qidaların çatdırılması xidmətləri neçəyə başa gəlir? 

“Sən nə yeyirsənsə, osan” bu sözləri hələ qədim Yunanıstanda yaşayan Hippokrat deyib. Min illər keçir və bir daha təsdiq olunur ki, bu kəlamda nə qədər böyük həqiqət var. Xüsusilə “fast-food”ların,  zərərli, yağlı qidaların yayıldığı, insanların ciddi şəkildə piylənmə problemləri yaşadığı müasir dövrümüzdə sağlam qidalanmanın əhəmiyyəti daha da artıb. Ona görə də bir çoxları qida rasionlarına fikir verirlər, bakılılar da bu mənada istisna deyillər, çox sayda insan diyetik yeməklərə üstünlük verməyə başlayıb. Bakucity.az paytaxtımızda sağlam  qida təklif edən müəssisələr barədə araşdırma aparıb. Materialımızı təqdim edirik. 

Sağlam qida mərkəzləri

Təəssüf ki, paytaxtda sırf diyetik yeməklər təklif etməkdə ixtisaslaşan mərkəzlərin sayı çox deyil. Amma müəyyən məkanlar var ki, onlar peşəkar diyetoloq, aşpaz və fitnes təlimçilərinin tövsiyyələri əsasında menyular hazırlayırlar. Belələrindən biri də “Slim Meal” mərkəzidir. 

“Slim Meal” “Şuba” və “Paytaxt salatı”nı 5 manata, “Sezar”ı 14 manata, küftəni 8 manata, dolmanı 7 manata, diyetik hazırlanmış müxtəlif ət və toyuq yeməklərini 5-6 manata təklif edir.  “İncəbelli” sağlam qida mərkəzinin konsepsiyasında da həkim-dietoloq və endokrinoloqların məsləhətləri nəzərə alınır. Bunun ardınca qidalanma proqramı tərtib olunur. Salatlarla yanaşı, müxtəlif ət yeməkləri, farş balıq və s. hazırlanır. Müştərilər 5 gün üçün 150 manat və ya 1 ay üçün 600 manat dəyəri olan paketləri seçə bilərlər. 

Sağlam qida təklif edən restoran və kafelər

Paytaxtdakı bəzi restoran və kafelər də müştərilərin arzusuna uyğun olaraq xüsusi növ pəhriz yeməkləri hazırlamaqla öyünürlər. Məsələn, “Baku Cafe”  restoranının administratoru Hacı Babayev deyir ki, kafe müştərilərə 13 manata avakado və üzümdən hazırlanan “Kinoa” salatı, 13 manata balıq salatı, cəmi 7 manata isə qırmızı soğanla pomidor salatı təklif edir. Bu müəssisədə eksklüziv və məhdud sayda olan burrato pendirli təam da təklif olunur. Bu nadir təamı yalnız bu müəssisədə dadmaq mümkündür.

“Barista&Chef”  restoranının baş aşpazı Ülviyyə Hacıyeva deyir ki, onlar qonaqlara 11 manata toyuq filesiylə “Çayna-taun” və “Kinoa”  təklif edirlər. Müştərilər 13,90 AZN-ə başa gələn kuskuslu ördək sifarişi etməyi də sevirlər. Restoranda daha bir eksklüziv pəhriz yemək olan “Madison Garden” meyvə salatı da verilir, bu, 7,9 manata başa gəlir. Ülviyyə xanımın sözlərinə görə, müştərilər kafedə zeytun yağında hazırlanan xumusdan ibarət qəlyananaltı edə bilərlər. Bu, restoranın ən populyar təamıdır. 

Çatdırılma və paketləmə xidməti

Bəzən nahar etmək üçün harasa getməyə imkan olmur, buna görə də yeməyi kafe və ya restorana sifariş verməli olursan. “Slim Meal” və “İncəbelli” kimi  qidalanma mərkəzləri sifarişlərin evə çatdırlmasıyla da məşğuldurlar. “İncəbelli” müştərilərinə axşamadək beşdəfəlik qidalanma xidməti göstərir. “Slim Meal” isə sifarişçinin seçdiyi vaxtlarda 6 yeməkdən ibarət fərdi menyu təklif edir. Yemək tam hazır gəlir, sifarişçiyə yalnız onu qızdırmaq və yemək qalır.

Kafe və restoranların əksəriyyətində isə belə deyil. Məsələn, “Papparoti” restoranı bu xidməti göstərmir, amma burda istədiyin yeməyi aparmaq üçün sifariş verə bilərsən. 

“Port Baku Mall”da fəaliyyət göstərən “Baku Cafe” çatdırılma ilə məşğuldur, amma bu yalnız yerləşdiyi  Xətai rayonu radiusunda mümkündür. Prinsipcə bunu anlamaq olur, axı çatdırılma vaxtı yeməyin keyfiyyətinə təsir edir. 

Xaricdə vəziyyət necədir?

Bəzi ölkələrdə pəhriz yeməklərinə çox diqqət edirlər və bu təamları arzu edənlərin sayı da çoxdur. Sırf diyetik yeməklər üzrə ixtisaslaşan müəssislərin də sayı bu ölkələrdə kifayət qədərdir. Məsələn, Rusiyada restoranlarının bəzilərində dəniz məhsullarından hazırlanan diyetik salatlar 1050 rubldan  (26,84 AZN) başlayaraq təklif olunur. Təzə tərəvəz və göyərtidən hazırlanan salatlar isə 485 rubl (12,39 AZN) qiymətinədir. Düyü və tərəvəz yeməyi 260 rubldan (6,65 AZN) başlayır. 400 rubla (10,23 AZN) verilən buxarda bişmiş losos çox məhşurdur.

Ümumi qəbul olunmuş belə bir fikir var ki, ən yaxşı diyetik qidaları yapon restoranları təklif edir. Onlarda həmişə dəniz məhsullarıyla zəngin azkalorili  qidalar - balıq sousları, suplar, babpuk yarpaqlarında suşilər və s. tapmaq olur. 

Təəsüf ki, Bakıda hələlik balanslaşdırılmış qida təklif edən müəssilərin sayı çox deyil. Bu yəqin ki, həm də bizim standart menyulara üstünlük verməyimizlə bağlıdır. Amma yerli kafe və restoranlar bu istiqamətdə fəaliyyətlərini gücləndirsəydilər, yaxşı olardı. Bəlkə də bu insanları düzgün qidalanmaya həvəsləndirərdi və üstəlik balanslı qidaya üstünlük verən qonaqlarımızın da ürəyincə olardı. 

Sonda oxucularımıza diyetik qidalar təklif edən müəssisələrin siyahısını və qiymətləri təqdim edirik:

Müəssisənin adı

Qiymət

Salat

Sup

Əsas yemək

“Slim Meal”

3-15 AZN

3-5 AZN

2-10 AZN

“Incəbelli”

Seçilən paketə görə

“Cafecity”

5,90-10,50 AZN

2,60-3 AZN

6,90-23 AZN

“Passage 145”

7-16 AZN

6-7 AZN

12-17 AZN

“Tea Garden” 145

5-10 AZN

4-5 AZN

3-32 AZN

“Barista & Chef”

7,90-11 AZN

___

13,90 AZN

“Baku Café”

7-16 AZN

6-9 AZN

10-27 AZN

“Papparoti”

8 AZN

5-7 AZN

___

Züleyxa İsmayılova

Bakucity.az

Dietik yemək
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Cəmiyyət
Azərbaycanda indiyədək koronavirus infeksiyasından sağalanların sayı açıqlanıb. BakuCity.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Hazırkı dövrədək ölkəmizdə 4 122 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 2 607 nəfər müalicə olunaraq sağalıb, 49 nəfər vəfat edib, 1 466 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Həmin şəxslərdən 47 nəfərin vəziyyəti ağır, 5...
Hadisələr
Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. BakuCity.az xəbər verir ki, hadisə Nizami rayonunda qeydə alınıb. 8-ci km bazarının qarşısında yolu keçən 1983-cü il təvəllüdlü Novruzov Samir Əli oğlunu avtomobil vurub. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Faktla bağlı araşdırma aparılır. (report) BakuCity.az
Cəmiyyət
Azərbaycanda karantin rejimi yenidən sərtləşdirilir? “Yaranmış situasiya xüsusi karantin rejiminin sərtləşdiirlməsinə əsas vermir. Qərargah sərtləşməyə qayıtmağı zəruri hesab etmir”. BakuCity.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın keçirdiyi mətbuat konfransında qurumun Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov deyib. İ.Məmmədov şənbə-bazar günü hərəkətin məhdudlaşdırılması məsələsinə də toxunub: “Karantin rejiminin yumşaldı...
Ekologiya
25 mayda gözlənilən hava şəraiti. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata əsasən mayın 25-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi günün ikinci yarısında mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 12-14, gündüz 20-24, Bakıda gecə...
Cəmiyyət
İyunun 1-dən bəzi qadağalar qaldırılacaq. BakuCity.az xəbər verir ki, bu barədə "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin" (TƏBİB) İdarə Heyyətinin sədri Ramin Bayramlı məlumat verib. R.Bayramlı ayın 1-dən açılması müzakirə edilən sahələri açıqlayıb: "Bəzi qadağaların aradan qaldırılması 1 iyun tarixindən sonra gündəmdədir. Buraya ticarət mərkəzlərinin açılması, rayonlara gediş-gəliş və o cümlədən restoranların tam gün şəkildə fəaliyyətinin bərpa olunm...
Biznes
“Forbes” jurnalı koronavirus pandemiyası dövründə dünyanın 25 zəngin adamının qazancını hesablayıb. BakuCity.az xəbər verir ki, 23 martdan 22 maya qədər onlar 255 milyard ABŞ dolları qazanıb. COVID-19 pandemiyası dövründə ən çox gəliri “Facebook”un yaradıcısı Mark Zukerberq əldə edib. Onun gəliri 31,4 milyard ABŞ dolları artaraq 86,5 milyard ABŞ dollarına çatıb. Şirkətin səhmləri təqribən 60 faiz bahalaşıb. Dünyanın ən varlı adamı - “Amazon” şirkətinin rəh...
Cəmiyyət
Tibbi ləvazimatların idxal gömrük rüsumundan azad edilməsi müddəti uzadılıb. Azərbaycana gətirilən baxillər, steril və qeyri-steril əlcəklər, tibbi (cərrahiyyə əməliyyatı və ya prosedur üçün) maskalar və respiratorların idxal gömrük rüsumundan azad edilməsi müddəti daha bir ay uzadılıb. BakuCity.az xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri...
Hadisələr
Güclü külək paytaxtda bir sıra fəsadlar törədib. Ötən gün axşam saatlarında əsməyə başlayan külək paytaxtın bəzi ərazilərində bir sıra fəsadlar törədib. BakuCity.az xəbər verir ki, Sabunçu rayonunda ağacın budaqları qırılaraq yol kənarına düşüb. Paytaxtın bəzi yerlərdə ağaclar güclü küləyin təsirindən kökündən qopub. Həmçinin, paytaxtın digər yerlərində ağacların budaqları avtomobillərin üstünə aşıb. Bir sıra ərazilərdə ağacları yollara aşırıb. Nəticədə av...
Cəmiyyət
Bakıda xilasetmə və təhlükəsizlik əməliyyatları keçirilib. Bu gün günün ikinci yarısından başlayaraq Bakı şəhəri ərazisində əsən güclü küləyin yaratdığı fəsadlarla bağlı Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə müxtəlif müraciətlər daxil olub. FHN-dən BakuCity.az-a bildirilib ki, müraciətlərə əsasən, nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin və Bakı Regional Mərkəzinin xilasedici qrupları Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət...