Opera və Balet Teatrı ilin ilk premyerasına hazırlaşır

Yeni ilin ilk premyerası - “Dahi hekayəçi” baleti təqdim olunacaq

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında yeni ilin ilk premyerası - Frans Şubertin musiqisi əsasında səhnəyə qoyulmuş “Dahi hekayəçi” baleti təqdim olunacaq.

Teatrın mətbuat xidmətindən bildirilib ki, yanvarın 26-da nümayiş olunacaq balet görkəmli Danimarka yazıçısı Hans Xristian Andersenin nağıllarına həsr edilib. Səhnə əsərinin süjet xəttini yazıçının “Kənd xoruzu və flüger”, “Qar kraliçası”, “Düyməcik”, “Qalay əsgər”, “Sehrli dibçək”, “Kralın təzə libası” kimi dünyaca məşhur nağılları təşkil edir. Andersenin nağılları əsasında baletin librettosunu Əjdər Ulduz yazıb. Tamaşanın quruluşçu baletmeysteri Opera və Balet Teatrı balet truppasının bədii rəhbəri, Xalq artisti, Kamilla Hüseynova, dirijoru Orxan Həşimov, quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi Tehran Babayevdir.

Baletdə teatrın balet truppasının artistləri iştirak edəcəklər. Əsas rollarda Əməkdar artistlər Samir Səmədov, Nigar İbrahimova, Makar Ferştandt, Fərid İbrahimov, solistlərdən Elmira Süleymanova, Anar Mikayılov, Timur Oduşev, Ayan Eyvazova, Cəmilə Kərimova və digərləri çıxış edəcək.

Azyaşlı tamaşaçılar üçün nəzərdə tutulmuş baletin son dərəcə gözəl musiqisi, orijinal xoreoqrafiyası və baxımlı dekorasiya və səhnə kostyumları, heç şübhəsiz, uşaqlar və onların valideynlərinin xoşuna gələcək.

Bakucity.az

Opera və Balet teatrı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
3 baxış avqust
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Hadisələr
Fakt üzrə toplanan materiallar prokurorluğa təqdim olunub Bakucity.az xəbər verir ki, Bakı şəhər Baş Polis İdarəsinin Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, paytaxtın Nəsimi rayonu Cavadxan küçəsində yerləşən yaşayış binasında mənzillərdən birinin pəncərəsində ayaqlarından zəncirlənmiş azyaşlının fotosu avqustun 20-da Bakı şəhər Baş Polis İdarəsinə daxil olub. Azyaşlıya qarşı qeyri-insani rəftarla bağlı dərhal baş idarənin rəhbər...
Hadisələr
Paytaxtda daha bir yol qəzası baş verib Bakucity.az xəbər verir ki, Ziya Bünyadov prospekti (Çermet körpüsünə çatmamış - “20 Yanvar” dairəsi istiqamətində) iki avtomobil toqquşub. Qəza nəticəsində ərazidə sıxlıq yaranıb.  Bakucity.az
Paytaxtda 15 yaşlı qız itkin düşüb
Paytaxtda 15 yaşlı qız itkin düşüb Bakucity.az xəbər verir ki, ötən gün Sabunçu rayon sakini, 2004-cü il təvəllüdlü Əliyeva Elnarə Vahid qızı ötən gecə saat 24 radələrində evdən çıxaraq bir daha geri dönməyib. İtkin düşən qızın atası bildirib ki, qohumlarının dediyinə əsasən, Elnarəni ötən gecə naməlum qara maşın evin yaxınlığından götürərək aparıb: "Qızım son 10 gün idi ki, tam başqa həyat tərzi sürürdü. O saatlarla hansısa bir şəxslə telefonla danışırdı....
Hadisələr
Avtoxuliqanlıq edən sürücü ilə polis arasında qarşıdurma yaşanıb Bakucity.az xəbər verir ki, hadisə paytaxtın Nəsimi rayonunda qeydə alınıb. Belə ki, 99 PV 229 dövlət qeydiyyat nişanlı "Daewoo" markalı avtomobilin sürücüsünə yol hərəkəti qaydalarını kobud şəkildə pozduğuna görə Yol Patrul Xidmətinin (YPX) əməkdaşları tərəfindən "saxla" əmri verilib. Lakin sürücü buna tabe olmayaraq avtoxuliqanlıq əməlini davam etdirib. Yol polisi tərəfindən süni tıxac yara...
Cəmiyyət
Binalarda istismar müddəti ötmüş bütün liftlər dəyişdiriləcək Bakucity.az xəbər verir ki, Bir neçə gün əvvəl Bakı Şəhər “Lifttəmir” İstehsalat Birliyinin Wittur Holding GMBH şirkəti ilə razılaşdırdığı qrafikə uyğun yeni liftlərin növbəti hissəsi Bakıya gətirilərək alinan liftlərin sayı 145-ə çatdırılıb. Xaricdən göndərilmış liftlər və digər avadanlıq Bakıda tələb olunan kömrük prosedurlarını keçərək “Lifttəmir” İstehsalat Birliyinin əməkdaşlarına təhvil ve...
Ekologiya
Paytaxtda sabaha gözlənilən hava proqnozu açıqlanıb Bakucity.az-ın məlumatına görə, avqustun 22-də Bakıda və Abşeron yarımadasında  hava günəşli olacaq. Şimal küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 20-24° isti, gündüz 33-38° isti, Bakıda gecə 22-24° isti, gündüz 36-38° isti təşkil edəcək. Atmosfer təzyiqi normadan aşağı 757 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 60-70, gündüz 30-40 faiz olacaq. Abşeron çimərli...
Hadisələr
Polis faktla bağlı araşdırma aparır Bakucity.az xəbər verir ki, avqustun 20-də Nərimanov rayonunun T.Şıxəliyev küçəsində yerləşən avtoservisdən “Niva” markalı avtomobil qaçırılıb. Araşdırmalarla avtomobilin həmin gün Təbriz küçəsində saxlanılması, sürücünün hadisə yerini tərk etməsi müəyyən edilib. Nərimanov RPİ  18-ci PŞ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən avtoservisin işçisi, Saatlı rayon sakin...
Cəmiyyət
Pilot Rəşad Atakişiyevlə vida mərasimi başa çatıb Bakucity.az xəbər verir ki, paytaxtda Silahlı Qüvvələrin Təlim-Tədris Mərkəzində baş tutan vida mərasimi başa çatdıqdan sonra pilotun nəşi dəfn olunmaq üçün II Fəxri Xiyabana yola salınıb. Qeyd edək ki, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən HHQ-nın MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. Avqustun 20-d...
Hadisələr
Paytaxtda bir qrup abonentin qaz təchizatı dayandırılıb Bakucity.az xəbər verir ki, Avqustun 21-də səhər saat 10:00-dan Sabunçu rayonunun Pirşağı, Nardaran qəsəbələri, Bilgəh qəsəbəsinin bir hissəsində, 2-ci Sovxoz yaşayış massivində, Suraxanı rayonunun Hövsan qəsəbəsində də qaz təchizatında məhdudiyyətlər tətbiq ediləcək.  Bu müddət ərzində qaz xətlərində mənbəyə birləşdirmə, təmir-bərpa və quraşdırma işləri aparılacaq. Qeyd edək ki, bu barədə "Azəriqaz"...