AZAL Almatıya uçuşlara başlayır
Bakucity.az xəbər verir ki, "Azərbaycan Hava Yolları" QSC (AZAL) bu il aprelin 2-dən Bakı-Almatı-Bakı marşrutu üzrə müntəzəm uçuşlara başlayacaq.
Reyslər həftədə iki dəfə - çərşənbə axşamı və şənbə günləri, ekonom sinif, komfort-klub və biznes sinif konfiqurasiyalı "Airbus A319" tipli təyyarələrlə, Heydər Əliyev Beynəlxalq Aeroportunun 1-ci terminalından həyata keçiriləcək.
Bakucity.az