Bakıda "Bakı-Boston Startap Veb Konfransı 1.0." keçiriləcək

Bakıda "Bakı-Boston Startap Veb Konfransı 1.0." keçiriləcək

"Bakı-Boston Startap Veb Konfransı 1.0." Azərbaycan startapları üçün nəzərdə tutulub.

Bakucity.az xəbər verir ki, ABŞ-Azərbaycan Ticarət Palatası, Azərbaycan Yüksək Texnologiyalar Parkı və İsrailin ABŞ-ın Nyu-İnqlənd ərazisində Baş Konsulluğunun birgə təşkilatçılığı ilə Azərbaycan startapları üçün kapitallaşma və bazara giriş strategiyalarına dair "Bakı-Boston Startap Veb Konfransı 1.0." keçiriləcək. 

Bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus "Yüksək Texnologiyalar Parkı" MMC-dən məlumat verilib.

Sabah Bakı vaxtı ilə saat 6-da İsrailin Nyu-İnqlənd ərazisində Baş Konsulluğunun İqtisadi məsələlər şöbəsinin direktoru Austin Sadağatpur ilə bazara giriş strategiyaları və Bostonda israilli bizneslərin uğurları barədə müzakirələr aparılacaq.

Boston şəhəri ABŞ-ın yüksək texnologiyalar üzrə ixtisaslaşmış əsas şəhərlərindəndir. Bu şəhər elmi araşdırmalar və inkişaf (R&D) sahəsində çalışanların sayına görə ABŞ-ın orta göstəricisindən 2 dəfə yarım yüksək nəticəyə malikdir. Boston şəhəri, eyni zamanda, dünya üzrə vençur kapitalının cəlb edilməsinə görə aparıcı sıralardadır. /Report.az

Konfransa qoşulmaq istəyənlər YTP-yə müraciət edə bilərlər.

Bakucity.az

Azərbaycan statrapları
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər