Bakıda sərnişindaşımada inqilabi dəyişiklik - Yeni sistem tətbiq olunacaq

Yeni sistem bütün ölkəni əhatə edəcək

Bakucity.az xəbər verir ki, Azərbaycanda sərnişindaşımada vahid bilet sistemi tətbiq ediləcək. Bu barədə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin mətbuat katibi Nuridə Allahyarova bildirib.

Onun sözlərinə görə, vahid bilet sistemi yeni mexanizmdir və bir neçə hissəyə bölünür: "İlk mərhələdə görüləcək işlər onlayn bilet sistemi ilə bağlıdır. Hazırda Bakı Beynəlxalq Avtovağzalından yalnız bir istiqamətdə onlayn bilet almaq mümkündür. Vahid bilet sisteminin tətbiqindən sonra hər iki istiqamətdə bilet almaq mümkün olacaq, o cümlədən sərnişinlər onlayn sistemlə rayonlardan Bakı istiqamətinə də bilet ala biləcəklər”.

N.Allahyarova qeyd edib ki, bundan başqa, avtovağzallarda vahid dispetçer mərkəzləri yaradılacaq:

“Hazırda Dövlət Avtomobil Nəqliyyatı Xidməti ümumi şəkildə biletlərin alış-satışına nəzarət edə bilir. Lakin elə hallar olur ki, avtobus sahibləri çox sayda bilet alaraq süni şəkildə qiyməti qaldırırlar. Bu cür halların qarşısını almaq üçün avtovağzallarda vahid dispetçer mərkəzləri yaradılacaq”.

Mətbuat katibi əlavə edib ki, vahid bilet sisteminin tətbiqi şəhərdaxili və şəhərlərarası sərnişindaşıma xidmətini birləşdirəcək: "Yəni paytaxtdan hansısa bölgəyə və yaxud hansısa rayondan Bakıya gələcək şəxslər vahid biletdən istifadə edə biləcəklər. Buna vahid kart da demək olar. Yəni sərnişinlər bir biletlə bütün ictimai nəqliyyat vasitələrindən istifadə edə biləcəklər”.

Onun sözlərinə görə, sistem təkcə onlayn bilet mexanizminin ikitərəfli tətbiqini deyil, ölkə avtovağzallarında dispetçer fəaliyyətinin yaradılması və gediş-dönüş biletlərinin rahat şəkildə alışını, şəhərlərarası nəqliyyat xətləri ilə şəhərdaxili nəqliyyat xətlərində istifadə edilən bilet sisteminin inteqrasiyasını da təmin edəcək. (Trend)

Bakucity.az

Avtobus
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin

Şərhlər

Hadisələr
Bakıda bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. BakuCity.az xəbər verir ki, hadisə ötən gecə Nizami rayonu ərazisində baş verib. İki nəqliyyat vasitəsinin toqquşması nəticəsində 1974-cü il təvəllüdlü Mirzəyevə Leyla Əfras qızı yaralanıb. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb, ilkin müayinə zamanı ona baş beynin silkələnməsi diaqnozu qoyulub. Hadisə ilə bağlı araşdırma aparılır. (report) BakuCity.az
Cəmiyyət
Bakıdan daha 24 nəfər gəmi ilə Qazaxıstana yola salınıb. COVID-19 pandemiyasının yayılma təhlükəsi səbəbindən sərnişinlər üçün sərhədlərin bağlanmasına görə, Azərbaycanda qalan daha 18 Qazaxıstan vətəndaşı və bu ölkədə yaşamaq hüququ olan 6 Azərbaycan vətəndaşı bu gün Qazaxıstana yola salınıb. BakuCity.az xəbər verir ki, bu barədə “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC məlumat yayıb.  Məlumata görə, sərnişinlər “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-n...
Cəmiyyət
Azərbaycanda daha 132 nəfər koronavirusa yoluxub, 78 nəfər sağalıb. Azərbaycan Respublikasında 132 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınmış, 78 nəfər müalicə olunaraq sağalmış və evə buraxılmışdır. BakuCity.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış, serebral ateroskleroz, hipoksik ensefalopatiya və şəkərli diabet xəstəliyi olan 1948-ci il...
Cəmiyyət
Azərbaycanda dövri yoxlama müddəti bitmiş sayğaclar mexaniki sayğaclarla əvəzlənir. Azərbaycanda bu ildən etibarən bütün fərdi yaşayış evlərində (yeni inşa olunan çoxmərtəbəli binalar istisna olmaqla) dövri yoxlama müddəti bitmiş sayğaclar mexaniki sayğaclarla əvəzlənir. BakuCity.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin açıqlamasında bildirilir.  Məlumatda həmçinin deyilir ki, “Azəriqaz” vəsait...
Hadisələr
Binəqədidə əl qumbarası tapılıb. Fövqəladə Hallar Nazirliyinin (FHN)"112" qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda sursat aşkar olunması barədə məlumat daxil olub. Nazirlikdən BakuCity.az-a verilən məlumata görə, FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin (XRXX) pirotexniki işlər üzrə mütəxəssisləri və kinoloji qrupu, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri qeyd olunan əraziyə...
Ekologiya
"Hava qədər sabit olmayan, xüsusilə yaz havası qədər dəyişkən heç nə yoxdur. Gün ərzində onun bir neçə dəfə dəyişdiyini görəndə bir daha buna əmin oluruq". BakuCity.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin (ETSN) rəisi Umayra Tağıyeva deyib. U.Tağıyeva qeyd edib ki, məhz buna görə bütün dünyanın meteoroloqları sutka ərzində hava üzərində fasiləsiz müşahidələr aparırlar...
Kriminal
Azərbaycanda qadağan edilən it döyüşləri keçirilir. BakuCity.az xəbər verir ki, bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb. Məlumata görə, məqsədi itlərin pulla döyüşdürülməsi olan “Heyvanların ölümcül oyunu” adlı forum yaradılıb. Döyüşlərdə pitbul və digər it cinsindən olan köpəklərə narkotik tərkibli iynələr vurur və onlar bir-birləri ilə ölənədək döyüşürlər. Bir it digərini parçalayır və ölən heyvanın dərisi soyulur. Qan iyini alaraq daha ağzın...
Ekologiya
Bakıda sabaha gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən BakuCity.az-a verilən məlumata görə, mayın 27-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq, mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 14-17, gündüz 22-27, Bakıda gecə 15-17, gündüz 24-26 dərəcə isti...
Cəmiyyət
Bölgələrdə və Bakıda  karantin rejimi yenidən sərtləşdirilə bilərmi? Xəbər verdiyimiz kimi mayın 25-də 149 nəfər koronavirusa yoluxub. Bundan əlavə Şamaxı Rayon İcra Hakimiyyəti əməkdaşları COVID-19 infeksiyasının qarşısının alınması tədbirləri çərçivəsində profilaktik qaydada testdən keçirilib. Analiz 1 nəfərdə müsbət çıxıb və virus aşkarlanan şəxs xüsusi rejimli xəstəxanaya yerləşdirilib. Xəstə ilə yaxın təmasda olan şəxslər, o cümlədən Şamaxı Rayon İcra...