İçərişəhərdə gənc rəssamların əsərlərindən ibarət sərgi davam edir

İçərişəhərdə gənc rəssamların əsərlərindən ibarət sərgi davam edir

Sərgi yanvarın 10-dək ziyarətçilər üçün açıq qalacaq

Bakucity.az xəbər verir ki, “Arts Council Azerbaijan” təşkilatının təşəbbüsü ilə İçərişəhərdə yerləşən “Art Tover” qalereyasında açılan rəsm sərgisi davam edir.

“Start” layihəsi çərçivəsində gerçəkləşən müsabiqənin yekun sərgisi Mədəniyyət Nazirliyi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Azərbaycan Gənclər Şəbəkəsinin dəstəyi ilə reallaşıb. 

Gənc və həvəskar rəssamların inkişafı üçün nəzərdə tutulan müsabiqə-sərginin kuratoru Natalya Yarkovayadır. Sərgidə fırça ustalarının fərqli üslubda və texnikada işlənən sənət əsərləri- rəngkarlıq, qobelen və heykəltəraşlıq janrında olan əsərləri nümayiş edilir.

Sərgi yanvarın 10-dək ziyarətçilər üçün açıq qalacaq. (AzərTac)

Bakucity.az

Sərgi
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər