“Səbail” qış fasiləsində ilk transferini reallaşıdırdı

“Səbail” qış fasiləsində ilk transferini reallaşıdırdı

Elvin Yunuszadə ilə 2020-ci ilə qədər müqavilə bağlanılıb

Bu barədə paytaxt təmsilçisinin mətbuat katibi Törə Əhmədova məlumat verib. O, bildirib ki, Elvin Yunuszadə ilə 31 may 2020-ci ilə qədər müqavilə bağlanılıb.

27 yaşlı mərkəz müdafiəçisi ötən ilin oktyabrında Premyer Liqanın debütantı “Sabah”la müqavilə bağlasa da, baş məşqçi Elşad Əhmədovla problem yaşadığı üçün heyətdən kənarlaşdırılıb.

Qeyd edək ki, E.Yunuszadə karyerası ərzində “Neftçi” (2011-2015) və “Qarabağ”ın (2015-2018) uğurları üçün çalışıb. O, Azərbaycan yığmasında 3 oyun keçirib, 1 qol vurub. (Report)

Bakucity.az

Səbail FK
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
Şərhlər