Bakıya niyə qar yağmır? - Eskpertlər açıqlama verib

Hazırki hava şəraiti heç qış temperaturu deyil.

Telman Zeynalov: "Hazırda ekoloji müharibə gedir, hava şəraitini dəyişən silahlar var"

Qışın ən soyuq ayı sayılan yanvarda əhali qar gözləsə də, Hidrometeorologiya Departamentindən yağmursuz hava proqnozu ilə bağlı məlumatlar verilməkdədir. Belə ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, yanvarın 8-də Bakıda və Abşeron yarımadasında buludlu havanın üstünlük təşkil edəcəyi, hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu Abşeron yarımadasında gecə 3-5, gündüz 7-10, Bakıda gecə 3-5, gündüz 8-10 dərəcə isti təşkil edəcək.

Ötən il də Bakıya qar yağmadığı üçün bu durum insanlar narahat edir. Başlıca səbəb isə baş alıb gedən infeksiyalar, qrip viruslarıdır. Həmçinin bəzi bölgələrə qarın az yağması da kənd təsərrüfatında məhsuldarlığın az olması baxımından  narahatedici məqam sayılır.

Nəzərə çatdıraq ki, ötən il də analoji vəziyyət idi.

Bəs, Bakıya, eləcə də ölkənin əksər bölgələrinə qar niyə yağmır?

AMEA akademik H.Ə.Əliyev adına Coğrafiya İnstitutunun elmi işlər üzrə direktor müavini, dosent Məhərrəm Həsənov "Yeni Müsavat"a açıqlamasında bildirdi ki, bu qlobal iqlim dəyişikliyi ilə əlaqədar baş verən məsələdir: "Bölgələrimizə artıq qar yağır. Bakıda isə ən soyuq qış yanvar ayının ikinci yarısı və fevral ayının birinci yarısıdır. İndidən Bakıya qar yağmayacağı ilə bağlı mülahizə yürütmək düzgün deyil. Fevralın 15-ə qədər olan dövr nisbətən daha soyuq olacaq. Hazırki hava şəraiti heç qış temperaturu deyil, çünki cənub istiqamətli hava kütlələri daxil olur. Bir neçə gündən sonra yəqin şimal istiqamətli hava kütləsi daxil olacaq və hava soyuyacaq. Ümumi fon gərək bir qədər soyuq olsun ki, qar dənəcikləri yaransın. Ancaq birmənalı olaraq demək olar ki, bu qış 2012-ci ilin qışı kimi sərt olmayacaq, nisbətən mülayim keçəcəyi gözlənilir".

Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov da vurğuladı ki, qar yağmaması əkinçilik və kənd təsərrüfatı üçün zərərlidir: "Ancaq qar olmasa da yağış yağır. Qar torpaqda nəmliyi saxlamaq üçündür, çünki yağış yağır və buxarlanıb gedir. Yanvarın sonu və fevral ayına ümidlərimiz böyükdür ki, qar yağacaq. Qar olsa və bir həftə torpağın üstündə qalsa o yazda və yayda yaxşı məhsuldarlıq olması üçün kifayət edir. Ancaq məsələ ondadır ki, hər 60-70 ildən bir iqlim dəyişilir. Havalar tədricən soyuyur, qar olmasa da, hava 7-8 dərəcədən yuxarı qalxmır. Həmçinin o da faktdır ki, hazırda ekoloji müharibə gedir, iqlimi, hava şəraitini dəyişən silahlar var. Amerika və Rusiya kimi böyük dövlətlər bu cür silahlardan istifadə edir, küləyin istiqamətini dəyişə bilirlər".

Əksər ekspertin ortaq fikri belədir ki, qış aylarında havaların mülayim keçməsi, qarın yağmaması iqlim dəyişmələri ilə bağlıdır. Mülayim hava şəraitinin fəsadlarını, xəstəliklərin artmasını və sairi də  həyatımızda hiss edirik. Çünki qar mikroblar ölür, xəstəliklər azalır. Eyni zamanda, qarın yağması dağlarda su ehtiyatının yığılması deməkdir. İstilər düşəndən sonra qar əriyir, çaylarda ilboyu su olur və insanlar ondan suvarmada istifadə edirlər. O səbəbdən yanvar və fevral aylarında qarın yağması başlıca olaraq kənd təsərrüfatı üçün faydalı sayılır.  

Türkiyəli ekspertlər isə bu qənaətdədirlər ki, şəhərdə torpaq səthlərin başdan başa asfaltla örtülməsi, avtomobillərin hərəkəti nəticəsində yaranan istilik, o cümlədən nəqliyyat vasitələrindən çıxan tüstü, binaların qızdırılması üçün qazanxanaların işləməsi və sair şəhərin üzərində bir istilik təbəqəsi formalaşdırır. Bu səbəbdən qar yağsa belə, yerə 1-1,5 km məsafə qalmış əriyir və yağışa çevrilir. Həmçinin atmosferdə həddindən artıq karbondioksid toplanması da temperaturu artırır və qarın yaranmasına mənfi təsir göstərir.

Bakucity.az

Hava durumu
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
1021 baxış yanvarda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Hakimiyyət
Daxili işlər orqanlarında yeni təyinatlar olub. Bakucity.az xəbər verir ki,  Sumqayıt Şəhər Polis İdarəsinin rəisi Əkbər İsmayılov vəzifəsindən azad olunaraq Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi, Nərimanov Rayon Polis İdarəsinin rəisi Nəriman İmanov vəzifəsindən azad olunaraq Sumqayıt Şəhər Polis İdarəsinin rəisi, Yevlax rayon Polis şöbəsinin rəisi Vaqif Müslümov vəzifəsindən azad olunaraq Nərimanov Rayon Polis İdarəsinin rəisi, Şəmkir rayon Polis şöbəsi...
Mədəniyyət
Xidmətlərə nələr daxildir və qiymətlər cibimizə uyğundurmu? Çin mətbəxi bütün dünyada yetərincə məşhurdur. Bakıda da son illər bu ölkənin mədəniyyətinə və mətbəxinə maraq getdikcə artır. Müxtəlif dadların zənginliyini özündə cəmləşdirən Çin mətbəxinin əsas özəlliyi odur ki, burada təamlar mövcud ölkənin damaq dadına uyğunlaşdırılaraq hazırlanır. Bakucity.az Çin mətbəxi ilə maraqlananlar üçün Bakıdakı Çin restoranları barədə material hazırlayıb. Bu araşdırm...
Hakimiyyət
Bakı Nəqliyyat Agentliyinə yeni təyinat baş tutub Bakucity.az xəbər verir qurumun İctimaiyyətlə Əlaqələr sektorunun müdiri vəzifəsinə Rəvanə Əliyeva gətirilib. R. Əliyeva özü bu barədə sosial şəbəkədə məlumat yayıb. O, bundan əvvəl BNA-nın PR şöbəsində baş məsləhətçi vəzifəsində işləyib. Qeyd edək ki, Mayis Ağayev qurumun mətbuat katibi kimi öz fəaliyyətini davam etdirəcək. Bakucity.az
Ekologiya
Sabaha gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Bakucity.az verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 18-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, bəzi yerlərdə yağıntılı olacağı, gündüz əsasən yağmursuz keçəcəyi gözlənilir. Güclü şimal-qərb küləyi günün ikinci yarısında tədricən mülayimləşəcək. Havanın temperaturu Bakıda və Abşeron yarımadasın...
Biznes
AZAL-dan açıqlama verildi Bakucity.az xəbər verir ki, paytaxt ərazisində müşahidə edilən hava şəraiti Azərbaycan Hava Yollarının hərəkət cədvəlinə təsir göstərməyib. Bu barədə AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski məlumat verib. Onun sözlərinə görə, bütün reyslər qrafik üzrə gedir: “Paytaxt ərazisində mövcud vəziyyət Heydər Əliyev Hava Limanının işinə heç bir mənfi təsir göstərməyib. Hazırkı vəziyyətdə bütün reyslər qrafik üzrə hərəkət edir”....
Cəmiyyət
Prezident İlham Əliyev qanun imzaladı Bakucity.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu imzalayıb. Çoxmənzilli binaların idarə edilməsi qaydalarının pozulmasına görə cəzaları müəyyən edir. Məcəlləyə əlavə edilən 393-1-ci (Mənzil qanunvericiliyinin pozulması) maddəyə əsasən, kooperativ binanın tikintisi və ya yenidən qurulması tam başa çatdıqdan və həmin binada mövcud olan yaşayı...
Hakimiyyət
Daxili işlər naziri əmr imzaladı Bakucity.az xəbər verir ki, Daxili işlər naziri, general-polkovnik Ramil Usubov yeni təyinatlarla bağlı əmr verib. Bunu da oxu: Beyons Bakıya gəlir? Səbail rayon Polis İdarəsinin rəisi, polkovnik Şəmşir Kazımov yanvarın 15-də vəzifəsindən azad olunub. Hazırda onun vəzifəsini İdarənin əməliyyat işləri üzrə rəis müavini icra edir.  Ş.Kazımov isə İsmayıllı Rayon Polis Şöbəsinin rəisi təyin edilib. Bir neçə gün öncə İsmayıllı R...
Mədəniyyət
Ulduz müğənninin "Formula 1"də çıxış edəcəyi deyilir Bakucity.az xəbər verir ki, dünyaca məşhur müğənni Beyonsun Azərbaycana gələcəyi barədə məlumat yayılıb. Sosial şəbəkələrdə yayılan afişada 37 yaşlı pop ulduzun adı əks olunub. Qeyd olunub ki, Beyons Formula 1 Azərbaycan Qran-Prisi çərçivəsində təşkil olunan konsertdə çıxış edəcək.  “Baku Grand Prix” şirkətinin mətbuat katibi Nigar Arpadarai  Bakıya gələcək ulduzların adının hələ müəyyənləşmədiyini qeyd...
Cəmiyyət
Hava xəbərləri cəmiyyətdə həyacan yaradıb. Bakucity.az xəbər verir ki, dünəndən havanın kəskin dəyişəcəyinə dair xəbərlər cəmiyyətdə müəyyən qədər həyəcan doğurub.  Bunu da oxu: Bakıda külək dayanacağı dağıtdı - FOTO Paytaxda bir çox ərzaq mağazalarında çörək və şama kəskin tələbat yaranıb. İnsanlar ehtiyatlı tərpənərək “qara gün” üçün hazırlıq görüblər.  ATV-nin əməkdaşı Pərvin Əsgərlinin və jurnalist Ruslan Rəhimovun sosial şəbəkədə paylaşdığı fotolar da...