Bakı yollarında piyadalar sürücülürə qarşı - ARAŞDIRMA

Kim günahkardır - piyada, yoxsa sürücü?

Paytaxt Bakıda mütəmadi olaraq piyadaların iştirakı ilə yol-nəqliyyat hadisələri baş verir. Bu qəzaların bir çoxunda insan tələfatı qeydə alınır. Bu yaxınlarda Bakucity.az-a açıqlama verən DYP rəsmisi Vaqif Əsədov bildirmişdi ki, yol qəzalarının 60%-nə səbəb piyadalar olur. Yəni qəza çox vaxt küçəni düzgün qaydada  keçməyənlərin ucbatından baş verir. Amma piyadanın günahı olduğu təqdirdə belə sürücülərində cəzalandırılması barədə iddialar dolaşır. Əksər sürücülər bu qənaətdədirlər və onlar bu prosesdən şikayətçidirlər. Bakucity.az mövzu ilə bağlı mütəxəssislərlə söhbətləşib. Materialımızı təqdim edirik. 

Ekspert: “Piyadalar hesab edirlər ki, hamı onlara yol verməlidir!”

“SİPƏR-HOO” sürücülərə yardım ictimai birliyinin sədri Fazil Məmmədov paytaxt yollarındakı vəziyyəti şərh edərkən bildirib ki, yol hərəkəti qanunları bir çox hallarda düzgün icra olunmur:

"Bizim təşkilat piyadaların günahı ucbatından sürücülərin cəzalandırılmaması ilə bağlı 300-dən çox imza toplayıb və sənədləri demək olar, bütün instansiyalara: Prezident Aparatına, Ali Məhkəməyə, Baş Prokurorluğa, Daxili işlər Nazirliyinə göndərib, amma sorğumuza konkret cavab gəlməyib".

Ekspertin sözlərinə görə, “Yol hərəkəti haqqında Qanun”un 6-ci fəslində dəqiq göstərilir ki,  yol hərəkəti qaydalarının pozulmasında günahkar olan şəxs qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyır. Piyadanın zərər çəkdiyi qəzada günahkar sürücüdürsə cəza almalıdır. Bədən xəsarətinin ağırlıq dərəcəsindən asılı olaraq sürücü Cinayət Məcəlləsinin və İnzibati Xətalar Məcəlləsinin maddələrinə uyğun cəzalandıra bilərlər.

 "Əgər qəza piyadanın günahı ucbatından baş veribsə, onda sürücü fiziki olaraq toqquşmanın qarşısını almağa qadir deyil. Bu, 200 manatdan 400 manatadək pul cəriməsi, bir il müddətinə sürücülük hüququndan məhrumetmə, yaxud böyük cərimə ödənilməsi ilə həbs cəzası nəzərdə tutan inzibati cəza şəklində özünü göstərə bilər", - deyə ekspert davam edib. 

“Məcəllənin “Yüksək sürət"lə bağlı 151-ci maddəsinə əsasən sürücü yolverilən sürət ilə getməyə borcludur ki, lazım gələrsə, maşını tez  dayandırmağa müvəffəq ola bilsin", - ekspert deyir və amma əlavə edir ki, yol nəqliyyat hadisəsi piyadanın günahı ucbatından baş verəndə belə, polis idarələrində əksər hallarda sürücünü günahkar bilirlər və deyirlər ki, sürət həddi aşılıb, əks halda, qəzadan qaçmaq olardı.

Bu ədalətli deyil! Əgər qəza piyadanın günahı ucbatından baş veribsə: yola qəfil çıxıbsa, təyin olmayan yerdən yolu keçibsə və s. onda sürücü fiziki cəhətdən toqquşmanın qarşısını almağa qadir deyil. Lakin, nəticədə, məhkəmə bəzən sürücünü günahkar bilən qərar çıxarır. Belə çıxır ki,  Azərbaycanda qanunlar var, amma onlar düzgün icra olunmur!

Əgər sürücülər istənilən halda cəzalandırılırsa, onda piyadalar hesab edirlər ki, hamı onlara yol verməlidir!”.

Polis: "Əgər qəza piyadanın günahı ucbatından baş veribsə, o, məsuliyyətə cəlb olunur"

Dövlət Yol Polisi idarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Rüfət Quliyev Bakucity.az-a açıqlamasında bildirdi ki, hər bir yol nəqliyyat hadisəsi diqqətlə araşdırılır:

"Yol nəqliyyat hadisələri təhqiqat və ya istintaq orqanı tərəfindən araşdırılır. Qəza zamanı baş verən halların qiymətləndirilməsi aparılır. Bütün nüansları nəzərdən keçirdikdən sonra  hadisənin səbəbi müəyyənləşdirilir.

Rüfət Quliyev də 2018-ci il ərzində yol nəqliyyat hadisələrinin statistikasını açıqlayıb:

"Cari ilin 11 ayı ərzində 1642 yol qəzası qeydə alınıb. Onlardan 760-ı  piyadaların iştirakı ilə olan yol-nəqliyyat hadisələridir ki, nəticədə 310 nəfər ölüb və 500 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Piyadaların öz günahı ucbatından baş verən  97 yol-nəqliyyat hadisəsi faktı qeydə alınıb. Həmin qəzalarda 34 nəfər ölüb, 64 nəfər yaralanıb", -  deyə ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi fikrini yekunlaşdırıb.

Sonda qeyd edək ki,  insan öz həyatına görə ilk növbədə özü məsuliyyət daşıyır. Vətəndaş ilk növbədə öz təhlükəsizliyi barədə düşünməli, həmçinin başqalarının həyatını və taleyini təhlükəyə atmamalıdır.

Züleyxa İsmayılova

Bakucity.az

Ağır qəza Bakı
Əgər səhv görmüsünüzsə, mətndə səhvi seçin və Ctrl+Enter sıxaraq redaksiyaya göndərin
172 baxış martda
Mən məsləhət görürəm
Hələ heç kim məsləhət bilməyib

Şərhlər

Şərhlər ünsiyyət, müzakirə və maraqlı sualların aydınlaşdırılması üçün nəzərdə tutulub

Mədəniyyət
Həmin gün kitabxanada tədbir də təşkil olunub Bakucity.az xəbər verir ki, martın 19-da M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında “Cəfər Cabbarlı – 120”, “İsmayıl Şıxlı – 100”, “Mehdi Hüseyn – 110” və “Zeynal Xəlil – 105” adlı geniş kitab sərgilərinin açılışı olub. Milli Kitabxanadan verilən məlumata görə, həmin gün Novruz bayramı münasibətilə tədbir də keçirilib. Tədbiri kitabxananın direktoru Kərim Tahirov açaraq iştirakçıları tarixlərdən bəri s...
Cəmiyyət
Qatarların iş rejimində müvafiq dəyişikliklər edilməsi üçün tədbirlər görülüb Bakucity.az xəbər verir ki, “Bakı Metropoliteni” QSC fəaliyyətini istirahət günlərinin qrafikinə uyğun quracaq.  Artıq şəhərin müxtəlif ərazilərində keçiriləcək Novruz bayramı şənlikləri, xalq gəzintiləri və paytaxta gələcək qonaqların əsas axın istiqamətlərindən asılı olaraq, stansiyaların fəaliyyəti və qatarların iş rejimində müvafiq dəyişikliklər edilməsi üçün tədbirlər görülü...
Cəmiyyət
Transfer sərnişinlər miniklə bağlı heç bir narahatçılıqla üzləşməyəcəklər Bakucity.az xəbər verir ki, “Atatürk” hava limanının bağlanması ilə əlaqədar  AZAL-ın İstanbul istiqaməti üzrə bütün reysləri 7 apreldən etibarən yeni - "Istanbul New Airport" hava limanında həyata keçiriləcək.  Bununla bağlı “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən məlumat verilib.  2019-cu ilin yay uçuş cədvəli (31 martdan - 26 oktyabradək) çərçivəsində “Azərbaycan Hav...
Cəmiyyət
“Burada müsbət mənada nəhəng dəyişikliklər var" Bakucity.az xəbər verir ki, Dərbənd şəhərinin meri Hizri Əbəkərov paytaxt Bakı ilə bağlı xoş fikirlər söyləyib: "Bakı inkişaf baxımından çox böyük irəliləyişə nail olub, bu göz qabağındadır. Hər dəfə gələndə buna təəccüblənməmək mümkün deyil". H. Əbəkərov köhnə “Qara şəhər” ərazisində salınmış “Bakı Ağşəhər” yaşayış kompleksi ilə tanış olduğunu da deyib: “Burada müsbət mənada nəhəng dəyişikliklər var. Biz də...
Biznes
Sərgidə dünyanın 25 ölkəsini təmsil edən 200-dən artıq şirkət iştirak edəcək 15-17 may tarixlərində Bakı Ekspo Mərkəzində regionun ən genişmiqyaslı və ən çox ziyarət edilən sərgilərindən biri - 13-cü Azərbaycan Beynəlxalq Kənd təsərrüfatı “Caspian Agro” sərgisi keçiriləcək. Kənd təsərrüfatı üzrə aparıcı tədbir olan “Caspian Agro” sərgisi regionda kənd təsərrüfatı sahəsinin inkişafına, Azərbaycan Respublikasının aqrar-sənaye kompleksində mütərəqqi texnologi...
Cəmiyyət
Lazımi sayda əlavə avtobus xəttə buraxılacaq. Bakucity.az xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Novruz Bayramı günlərində əhalinin nəqliyyat, telekommunikasiya, o cümlədən telefon, internet, mobil rabitə, radio-televiziya yayımı və poçt xidmətləri ilə keyfiyyətli, eləcə də, dayanıqlı şəkildə təmin edilməsinə dair strukturuna daxil olan və strukturuna daxil olmayan tabeli qurumlar, həmçinin digər telekommunikasiya operatorları...
Cəmiyyət
Bayram gününə gözlənilən hava şəraiti açıqlanıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Bakucity.az-a bildirilib ki, Bakıda və Abşeron yarımadasında sabah arabir yağış yağacağı gözlənilir.  Yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi əsəcək. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 4-6, gündüz 7-9 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi 762 mm civə süt...
Promo articles
“Ayan Studio” möhtəşəm endirimləri ilə xanımları sevindirəcək “Ayan Studio” yüksək səviyyəli xidmətləri və peşəkar ustaları ilə daim müştərilərin xidmətindədir. Fəaliyyətində daim keyfiyyəti və sağlamlığı əsas tutan “Ayan Studio” xanımları sevindirmək qərarına gəlib. O, müştərilərə şəhərin başqa heç bir yerində tapmayacaqları xüsusi endirimlər təklif edir.  Bakının Xətai rayonunda, Həzi Aslanov metrostansiyasının yaxınlığında yerləşən “Ayan studio” qadın g...
Cəmiyyət
Həmin hadisə zamanı 14 nəfər həlak olub, 49 nəfər yaralanıb Bakucity.az xəbər verir ki, Ermənistan xüsusi xidmət orqanlarının Bakı Metropolitenində törətdiyi terror aktından 25 il ötür. 1994-cü il mart ayının 19-da saat 13:00 radələrində Bakı metrosunun “20 Yanvar” stansiyasında terror aktı törədilib. Baş vaqona qoyulmuş saat mexanizmli əldə düzəltmə bomba qatar stansiyada dayananda işə düşüb. Terror aktının icraçısı partlayış zamanı ölüb. Həmin hadisə zam...